Azərbaycanda qeyri-neft sektoru 30,5 % artıb
![Azərbaycanda qeyri-neft sektoru 30,5 % artıb Azərbaycanda qeyri-neft sektoru 30,5 % artıb](https://anews.az/photo/850x500/2021-08/1628178408_bde71309-da47-34b9-92f9-2d557a0734af_321.jpg)
"İxrac icmalı”nın avqust sayına əsasən, 2021-ci ilin ilk 7 ayı ərzində Azərbaycanın ixracı 11,4 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,4 mlrd. ABŞ dolları təşkil edib.
Bu barədə Anews.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
2021-ci ilin 7 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 338 milyon ABŞ dolları ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 2,4 dəfə, pambıq iplik 2,8 dəfə, şəkər 2,3 dəfə, kimya sənayesi məhsulları 37 %, pambıq lifi 88,5 %, alüminium və ondan hazırlanan məmulatlarda isə 42 % artım qeydə alınıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə iyul ayı üzrə ixrac 2,6 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 55,7 % təşkil etməklə 192 mln ABŞ dolları olub. 2021-ci ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6 % artaraq 43 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 80,1 % artaraq 149 milyon ABŞ dolları təşkil edib.
![](https://anews.az/file/articles/2021-08/1628178408_bde71309-da47-34b9-92f9-2d557a0734af_321.jpg)
![](https://anews.az/file/articles/2021-08/1628178374_19063511-35a9-30ec-a858-2cc0e24c3666_321.jpg)
![](https://anews.az/file/articles/2021-08/1628178356_c7709ac2-405a-3caf-ad46-bcefeb3200fe_850.jpg)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər