• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell mobil imza xidmətinə yeni tariflər tətbiq edir

Bakcell mobil imza xidmətinə yeni tariflər tətbiq edir
21.05.2014 11:10
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, Azərbaycan Respublikası Vergilər Nazirliyinin tövsiyəsinə əsasən mobil imzanın (Asan İmza) aktivləşdirilməsinə və xidmət qiymətlərinə dəyişiklik tətbiq edir.Dəyişikliklərə uyğun olaraq, bütün seqmentlər üzrə sertifikatın alınması qiyməti bir neçə dəfə aşağı salınıb. İndi fiziki şəxslər, dövlət orqanları və sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslər bu sertifikatı cəmi 18 manata əldə edə biləcəklər.Hər üç kateqoriya üzrə aylıq abunə haqqı 0.50 AZN təşkil edəcək.İndi mobil imza xidmətinin aktivləşdirilmə və xidmət qiymətləri aşağıdakı kimidir: 

 

Sertifikat üçün 3 illik ödəniş

1 aylıq abunə

3 illik abunə

SİM dublikatı üçün ödəniş

Fiziki şəxslər üçün

30 AZN

0.50 AZN

12.99 AZN

3.54 AZN

Dövlət orqanları üçün

80 AZN

0.50 AZN

12.99 AZN

3.54 AZN

Sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslər üçün

154 AZN

1 AZN

24.99 AZN

3.54 AZN


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və mobil imza xidmətləri operatoru “B.est Solutions” şirkəti ilə birlikdə həyata keçirilən mobil imza xidməti e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyin təsdiqləməsi üçün mobil identifikasiyadır. 

Xidmət abunəçinin mövcud nömrəsində və ya yeni SİM kartda aktivləşdirilə bilər. Mövcud nömrədə “Asan imza” xidmətini aktivləşdirmək üçün abunəçi SİM kartın dublikatını almalıdır. Xidmətdən yararlanmaq istəyən abunəçi “Bakcell”in müştəri xidmətləri mərkəzlərinə müraciət edərək yeni “SİM kart” əldə edə bilər.

Fiziki şəxslər, hüquqi şəxslər və dövlət orqanları (və yaxud onları təmsil edən şəxslər) Bakcell müştəri xidmətləri mərkəzlərinə öz şəxsiyyət vəsiqələrini və müvafiq dövlət qurumlarından məktub gətirməlidirlər. Abunəçi “Asan imza”nın aktivləşdirildiyi SİM kartı əldə etdikdən sonra mobil imza sertifikatını aktivləşdirmək üçün Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət etməldir.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol