• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

50 manatlıq pul nişanı ən təhlükəsiz banknot oldu

50 manatlıq pul nişanı ən təhlükəsiz banknot oldu
23.11.2021 18:31
Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyası (IHMA) tərəfindən Böyük Britaniyada təşkil edilmiş beynəlxalq konfransda Azərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış yeni 50 manatlıq pul nişanı "ilin mütərəqqi dizayna malik ən təhlükəsiz banknotu” nominasiyası üzrə qalib seçilərək xüsusi mükafata (Excellence Award 2021) layiq görülüb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, pul nişanının üzərində tətbiq edilmiş "Rolling Star Lead” holoqramı və bu holoqramda ekskluziv olaraq banknotun dizayn mövzusuna ("Təhsil və gələcək”) uyğun yaradılmış 3D effektli elementlər pul nişanlarının saxtalaşdırılması riskinə qarşı ən təhlükəsiz mühafizə elementi seçilib.

Eyni zamanda, "Təhsil və gələcək” mövzusuna həsr olunmuş bu banknotun mövzusunun cəmiyyət üçün aktuallığı qeyd olunaraq onun üzərində əks olunan təsvirlərin (gələcəyə baxışı simvolizə edən – "Günəş”, inkişaf rəmzi olan – "Pillələr”, təhsilin önəmli kateqoriyaları olan "Təhsil ocağı”, "Şagird”, "Tələbə”) ən qabaqcıl mühafizə elementləri ilə sinxron şəkildə kombinasiyası, eləcə də rənglərin gözoxşayan dinamikası xüsusi vurğulanıb.

Hazırda yenilənmiş 50 manatlıq dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Galaxy Z Fold4 və Galaxy Z Flip4 öncədən sifariş etmək üçün üç gün qalıb! - FOTO
İqtisadiyyat 18:28
Galaxy Z Fold4 və Galaxy Z Flip4 öncədən sifariş etmək üçün üç gün qalıb! - FOTO
Astaraçay üzərində körpünün təməlqoyma mərasimi keçirildi - Fotolar
İqtisadiyyat 19:33
Astaraçay üzərində körpünün təməlqoyma mərasimi keçirildi - Fotolar
Azərbaycan və İran razılığa gəldi - Fotolar
İqtisadiyyat 18:51
Azərbaycan və İran razılığa gəldi - Fotolar
ŞAD XƏBƏR!!! Bu işçilərin maaşlarına əlavələr olacaq
İqtisadiyyat 19:13
ŞAD XƏBƏR!!! Bu işçilərin maaşlarına əlavələr olacaq
Müəllimlərin maaşı artdıqdan sonra bu qədər olacaq - CƏDVƏL
İqtisadiyyat 18:45
Müəllimlərin maaşı artdıqdan sonra bu qədər olacaq - CƏDVƏL
Qətər azad edilmiş ərazilərə sərmayə yatırmağa dəvət edildi
İqtisadiyyat 22:18
Qətər azad edilmiş ərazilərə sərmayə yatırmağa dəvət edildi
Bakıda 100 minə maşın nömrəsi satılır (FOTO)
İqtisadiyyat 19:01
Bakıda 100 minə maşın nömrəsi satılır (FOTO)
Vaxtı keçmiş qida məhsulları məhv edildi
İqtisadiyyat 22:12
Vaxtı keçmiş qida məhsulları məhv edildi
50 manatlıq pul nişanı ən təhlükəsiz banknot oldu
İqtisadiyyat 18:31
50 manatlıq pul nişanı ən təhlükəsiz banknot oldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol