• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

ŞAD XƏBƏR!!! Bu işçilərin maaşlarına əlavələr olacaq

ŞAD XƏBƏR!!! Bu işçilərin maaşlarına əlavələr olacaq
12.01.2022 19:13
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) müvafiq qərarı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda (Qayda) dəyişiklik edilib.

Agebtlikdən Anews.az-a verilən məlumata görə, yeni dəyişikliyə əsasən, tibb müəssisələrində sabit aylıq həvəsləndirici əlavələr verilən tibb və qeyri tibb işçilərinin əhatə dairəsi genişləndirilib.

Belə ki, aşağıda qeyd edilən 8 elmi-tədqiqat institutunun elmi şöbələrində çalışan işçilərinin aylıq vəzifə (tarif) maaşlarına sabit aylıq həvəsləndirici əlavələr müəyyən olunub. Yeni qərar 1 aprel 2021-ci il tarixindən qüvvəyə minir.

1) Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu
2) K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu
3) Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu
4) Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu
5) Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu
6) V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
7) Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
8) Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi

Sabit aylıq həvəsləndirici əlavələr aşağıdakı 8 vəzifə üzrə çalışan 470-dən çox işçiyə şamil olunur:
Nümunə 1: Məsələn, elmi şöbənin müdirinin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 14-17-ci dərəcələr arası 423-529 manat təşkil edir. Əlavə olaraq 500 manat sabit aylıq həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 923-1029 manat arası təşkil edir.
Nümunə 2: Baş elmi işçinin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 16-17-ci dərəcələr arası 457-529 manat təşkil edir. Əlavə olaraq 400 manat sabit aylıq həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 857-929 manat arası təşkil edir.
Qeyd edək ki, bu Qaydaya edilən sayca üçüncü dəyişiklikdir. Səhiyyə işçilərinin əməkhaqlarının tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, onların maddi rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər bundan sonra da  davam etdiriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Galaxy Z Fold4 və Galaxy Z Flip4 öncədən sifariş etmək üçün üç gün qalıb! - FOTO
İqtisadiyyat 18:28
Galaxy Z Fold4 və Galaxy Z Flip4 öncədən sifariş etmək üçün üç gün qalıb! - FOTO
Astaraçay üzərində körpünün təməlqoyma mərasimi keçirildi - Fotolar
İqtisadiyyat 19:33
Astaraçay üzərində körpünün təməlqoyma mərasimi keçirildi - Fotolar
Azərbaycan və İran razılığa gəldi - Fotolar
İqtisadiyyat 18:51
Azərbaycan və İran razılığa gəldi - Fotolar
ŞAD XƏBƏR!!! Bu işçilərin maaşlarına əlavələr olacaq
İqtisadiyyat 19:13
ŞAD XƏBƏR!!! Bu işçilərin maaşlarına əlavələr olacaq
Müəllimlərin maaşı artdıqdan sonra bu qədər olacaq - CƏDVƏL
İqtisadiyyat 18:45
Müəllimlərin maaşı artdıqdan sonra bu qədər olacaq - CƏDVƏL
Qətər azad edilmiş ərazilərə sərmayə yatırmağa dəvət edildi
İqtisadiyyat 22:18
Qətər azad edilmiş ərazilərə sərmayə yatırmağa dəvət edildi
Bakıda 100 minə maşın nömrəsi satılır (FOTO)
İqtisadiyyat 19:01
Bakıda 100 minə maşın nömrəsi satılır (FOTO)
Vaxtı keçmiş qida məhsulları məhv edildi
İqtisadiyyat 22:12
Vaxtı keçmiş qida məhsulları məhv edildi
50 manatlıq pul nişanı ən təhlükəsiz banknot oldu
İqtisadiyyat 18:31
50 manatlıq pul nişanı ən təhlükəsiz banknot oldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol