• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Azərbaycan və İran razılığa gəldi - Fotolar

Azərbaycan və İran razılığa gəldi - Fotolar
25.01.2022 18:51
İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin ölkəmizə səfəri çərçivəsində Azərbaycan və İran nümayəndə heyətləri arasında görüş keçirilib.

Anews.az  xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və digər səlahiyyətli şəxslər iştirak ediblər.

Görüş zamanı "Bakı – Naxçıvan – Bakı” müntəzəm avtobus marşrutunda işləyən avtobusların gündəlik sayının artırılması, İran ərazisindən tranzit olaraq Naxçıvan Muxtar Respublikasına və geriyə hərəkət edən Azərbaycan avtodaşıyıcılarına tətbiq olunan vergilərin azaldılması, İran ərazisini tərk edən zaman avtonəqliyyat vasitələrinə yanacaq çənində olan yanacağın hər bir litrinə tətbiq olunan rüsumun ləğv edilməsi və digər aktual məsələlər müzakirə olunub.

Eyni zamanda, Astaraçay çayı üzərində yeni avtomobil yolu körpüsünün tikintisi üzrə praktiki işlərə başlanılması və Astara Terminal Kompleksində görülən işlərin intensivləşdirilməsi barədə razılığa gəlinib.
Görüş zamanı Astaraçay çayı üzərində yeni avtomobil yolu körpüsünün tikintisi ilə bağlı yaradılmış birgə işçi qrupunun 2021-ci il dekabrın 7-də keçirilmiş birinci iclasının Protokolu imzalanıb. Protokolu Azərbaycan tərəfindən rəqəmsal və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, İran tərəfindən isə yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi imzalayıb.

Görüşdən sonra Azərbaycan və İran nümayəndə heyətləri görülən işlərlə yerində tanışlıq məqsədilə Astara şəhərinə yola düşüblər.
 
 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Galaxy Z Fold4 və Galaxy Z Flip4 öncədən sifariş etmək üçün üç gün qalıb! - FOTO
İqtisadiyyat 18:28
Galaxy Z Fold4 və Galaxy Z Flip4 öncədən sifariş etmək üçün üç gün qalıb! - FOTO
Astaraçay üzərində körpünün təməlqoyma mərasimi keçirildi - Fotolar
İqtisadiyyat 19:33
Astaraçay üzərində körpünün təməlqoyma mərasimi keçirildi - Fotolar
Azərbaycan və İran razılığa gəldi - Fotolar
İqtisadiyyat 18:51
Azərbaycan və İran razılığa gəldi - Fotolar
ŞAD XƏBƏR!!! Bu işçilərin maaşlarına əlavələr olacaq
İqtisadiyyat 19:13
ŞAD XƏBƏR!!! Bu işçilərin maaşlarına əlavələr olacaq
Müəllimlərin maaşı artdıqdan sonra bu qədər olacaq - CƏDVƏL
İqtisadiyyat 18:45
Müəllimlərin maaşı artdıqdan sonra bu qədər olacaq - CƏDVƏL
Qətər azad edilmiş ərazilərə sərmayə yatırmağa dəvət edildi
İqtisadiyyat 22:18
Qətər azad edilmiş ərazilərə sərmayə yatırmağa dəvət edildi
Bakıda 100 minə maşın nömrəsi satılır (FOTO)
İqtisadiyyat 19:01
Bakıda 100 minə maşın nömrəsi satılır (FOTO)
Vaxtı keçmiş qida məhsulları məhv edildi
İqtisadiyyat 22:12
Vaxtı keçmiş qida məhsulları məhv edildi
50 manatlıq pul nişanı ən təhlükəsiz banknot oldu
İqtisadiyyat 18:31
50 manatlıq pul nişanı ən təhlükəsiz banknot oldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol