• $
  • £

Azərbaycanda aclıq ola bilərmi?

Azərbaycanda aclıq ola bilərmi?
02.03.2022 16:07
Rusiyanın Ukraynaya hərbi hücumu  dünya  iqtisadiyyatına da mənfi təsirini göstərməyə başlayıb. Hətta bəzi ölkələr öz ərzaq təminatları ilə bağlı tədbirlər planı hazırlayır.
 
Bəs Azərbaycanda ərzaq təminatı ilə bağlı vəziyyət hansı səviyyədədir?
 
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri deputat Tahir Rzayevin sözlərinə görə, ölkənin təxminən 3-4 aylıq ərzaq ehtiyatı olur. 
 
 "Biz istehsal olunan taxılın xeyli hissəsini xarici ölkələrdən alırıq. 1 milyon 300 min ton xaricdən buğda gətiririk. Tələbatımız 3 milyon 300 mindir. Onun 2 milyonu ölkədə istehsal olunur. Biz indi rayonlarda taxıl fondu yaradırıq . Taxıl elə bitki növüdür ki, onu adı suvarma üsulu ilə suvarmaq olmur. Dağlıq zonalarda yğış hesabına və ya xüsusi suvarma texnologiyaları ilə bu proses icra olunur. Ona görə də taxılın məhsuldarlığı Azərbaycanda o qədər də çox deyil. Taxılı bir yerə 3 ildən artıq əkmək mümkün deyil. Çünki məhsul vermir. Mütləq növbəli əkin sistemi tətbiq olunmalıdır. Ölkədə 1 milyon hektarda taxıl əkilir . Qıraqdan taxıl almalıyıq amma bu qədər yox. Məhsuldarlığı artırmaqla taxıl ehtiyatı yaratmalıyıq", deputat dedi.  
 
 Deputat Rusiya-Ukrayna müharibəsinin Azərbaycana da mənfi təsir edəcəyini söylədi.
 
"Azərbaycanın xarici ölkələrlə ticari iqtisadi əlaqləri var. Biz kənd təsərrüfatına aid olan məhsullarımızı demək olar Rusiya,sonra da Ukraynaya ixra edirik.
 Bu ölkələrdə müharibədir və müəyyən qadağalar qoyuldu. Müharibə gedən ölkəyə məhsul göndərmək olmaz və ya ordan məhsul götürmək olmaz. Bu Azərbaycanın da iqtisadiyyatına ciddi təsiri edəcək. Rusiya üçün çox ciddi sanksiyalar tətbiq olundu. Bu sanksiyaların tətbiq olunması bizdən də təsirsiz keçmiyəcək. Həm bizim vətəndaşların ordakı güzəranı pisləşəcək, 500 mindən çox azərbaycanlı  Ukraynada, 2 milyondan artıq  Rusiyada yaşayır. Əgər bunlar müharibə şəraitində Azərbaycana gəlsələr burada müəyyən iqtisadi çətinliklər yarana bilər", -  deyə Tahir Rzayev bildirib. 
 
İqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, Azərbaycanda ərzaq ehtiyatlarından  danışmağa dəyməz, çünki ölkədə ərzaq təminatı yerli bazar hesbına ödənilmir. 
 
"Ərzaq ehtiyatına malik ölkə o ölkələr sayılır ki, onlar illik tələbatının hardasa 90 faizindən çoxunu özü təmin edir.  Həmin ölkələrdə heç də anbarlar dolu olmur. Sadəcə dövrüyyəsi var, xaricdən asıllığı olmur, daxili imkanları hesabına ərzaq təminatını təmin edə bilir. Azərbaycan höküməti deyirdi ki, ölkədə iki illik taxıl ehtiyatı var. Amma çörəyin qiyməti qalxanda biz bir daha şahid olduq ki, dedikləri doğru deyil. Elə olsaydı hökümət illik ehtiyatından dövrüyyəyə buraxıb çörəyin qiymətini sabit saxlaya bilərdi. Deməli Azərbaycanda nəinki illik heç iki aylıq da ehtiyat yoxdur. Bəzi məhsulların 70-80 faizini yerli istehsal hesabına ödəyə bilirik, amma taxılın tələbatını təxminən 60 fazini bəlkə də 50 faizini yerli istehsal hesabına ödəmək mümkündür. Bu da kifayət qədər ciddi problemdir. Hökümət deyir ki, taxıla tələbat iki dəfə artıb.  Biz taxılı daha çox Rusiyadan alırıq. Müharibə baş verən ölkədə ixrac prosesi dayanarsa bu zaman nə baş verər? Hökümət bu barədə ciddi düşünüb addımlar atmalıdır",  - ekspert vurğulayıb.  
 
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2020-ci il açıqladığı rəqəmlərə görə, Yer üzündə 800 milyondan çox insan aclıqdan əziyyət çəkir.
 
Bütün dünyada qida təhlükəsizliyinin təminatı istiqamətində dövlətlər və regional təşkilatlar ciddi iş aparırlar. Hətta qida məhsulları iştirakçılarını bütün mövcud risklər barədə obyektiv və elmi cəhətdən əsaslandırılmış şəkildə məlumatlandırmaq məqsədilə 2002-ci ildə Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) təsis edilib.
 
Gülnar Nazimqızı 
 


 
 
 
 
 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
İqtisadiyyat 11:30
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
“PAŞA Kapital” idarəetmə strukturunu dəyişib
İqtisadiyyat 20:45
“PAŞA Kapital” idarəetmə strukturunu dəyişib

Əhalinin yanacaq xərcləri bu il artıb
İqtisadiyyat 16:35
Əhalinin yanacaq xərcləri bu il artıb
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirdi
İqtisadiyyat 15:21
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirdi
Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər
İqtisadiyyat 15:16
Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər
BOTAŞ və SOCAR qaz svop sazişlərinin müddətini uzadacaq – BOTAŞ
İqtisadiyyat 14:59
BOTAŞ və SOCAR qaz svop sazişlərinin müddətini uzadacaq – BOTAŞ
TPAO və SOCAR əməkdaşlığı “Qarabağ” yatağını da əhatə edə bilər – Bayraktar
İqtisadiyyat 14:45
TPAO və SOCAR əməkdaşlığı “Qarabağ” yatağını da əhatə edə bilər – Bayraktar
SOCAR Türkiyədəki "Petkim" kompleksinə yeni investisiyalar yatırmağı planlaşdırır
İqtisadiyyat 13:38
SOCAR Türkiyədəki "Petkim" kompleksinə yeni investisiyalar yatırmağı planlaşdırır
Türkiyə və Azərbaycan Avropaya tədarük üçün "Elektrikin TANAP-ı" dəhlizini irəlilədir
İqtisadiyyat 13:24
Türkiyə və Azərbaycan Avropaya tədarük üçün "Elektrikin TANAP-ı" dəhlizini irəlilədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol