• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Kapital Bank 9 nüfuzlu mükafata layiq görülüb

Kapital Bank 9 nüfuzlu mükafata layiq görülüb
17.11.2022 12:27
Hər zaman maraqlı layihələr təqdim edərək, ölkənin reklam və marketinq sektoruna töhfə verən Kapital Bank "Felis Mükafatları”nda müxtəlif kateqoriyalar üzrə 9 mükafata layiq görülüb. Təqdimat mərasimi 11 noyabr 2022-ci il tarixində İstanbul şəhərində keçirilən ənənəvi "Brand Week” tədbirində baş tutub.

"Hər şey mümkündür” sosial layihəsi üzrə "Ən yaxşı reklam kampaniyası” və "Ən yaxşı film” nominasiyasında, həmçinin "Birbank-la olar” reklam kampaniyasında "Ən yaxşı musiqi” və "Ən yaxşı 360 reklam kampaniyası” nominasiyasında qızıl mükafata, "Hər şey mümkündür” sosial layihəsi üzrə "Ən yaxşı PR kampaniya”, "Məni işarələmə” layihəsi üzrə isə "Ən yaxşı influnser kampaniyası” nominasiyasında, həmçinin "Yeni Birbank keşbek start kampaniyası” layihəsində "Ən yaxşı visual effekt” və "Ən yaxşı prodakşn işi” nominasiyası üzrə gümüş, həmin layihədə "Ən yaxşı musiqi” nominasiyası üzrə isə bürünc mükafata layiq görülüb.

Ümumilikdə 9 nominasiya üzrə qalib olan Kapital Bank, 4 qızıl, 4 gümüş və 1 bürünc mükafat qazanıb. Qalib gələn reklam işləri "Endorphin”, "FCB Artgroup Baku” və "Maverick” reklam agentlikləri ilə birgə hazırlanıb.

Reklam və marketinq sahəsində effektiv və kreativ işləri mükafatlandıran "Felis Mükafatları" tədbirində bu ildən etibarən artıq Azərbaycan şirkətləri də iştirak edib. 17 ildir ki, Türkiyədə reklam və marketinq sektorunu mükafatlandıran, müraciətlər üzrə rekord qıran "Felis Mükafatları" marketinq və reklam sahəsində olan nüfuzlu tədbirlərdən biri hesab edilir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
İqtisadiyyat 13:15
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
İqtisadiyyat 12:48
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
İqtisadiyyat 10:37
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:35
Bu günə olan məzənnə açıqlanıb
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
İqtisadiyyat 11:22
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol