• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Azərbaycanda effektiv pensiya yaşı 62 ildir - Sahil Babayev/ VİDEO

Azərbaycanda effektiv pensiya yaşı 62 ildir - Sahil Babayev/ VİDEO
25.11.2022 16:56
Azərbaycanda pensiya yaşı 65  yaş nəzərdə tutulsa da effektiv pensiya yaşı 61-62 yaşdır. Bunu Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
 
"Bu sığorta sistemidir. Pensiya dövrü 12 il hesablanır Pensiyaçıların 68%-nin pensiya dövrü 12 ildən çox pensiya aanlardır. Çünki pensiya yaşı Azərbaycanda 65 yaş olsa da bizdə xüsusi kateqoriyadan olan  vətəndaşlar üçün yaş endirimləri var. Onları nəzərə alsaq Azərbaycanda effektiv pensiya yaşı 61-62 il təşkil edir", - Sahil Babayev Milli Məclisin plenar icasında 2023-cü il üçün  Dövlət Büdcəsi qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı söyləyib. 
 
Onun sözlərinə görə, son 3 ildə  pensiya və müavinatların artımı ilə bağlı 3 sosial islahat  paketi həyata keçirilib.  Sonuncu  2022-ci ilin yanvarında həyata keçirilən sosial islahat paketi çərçivəsində 4 milyon vətəndaşa 6 milyard manat vəsait verilib. Pensiyalar 2,2 dəfə, müavinat və təqaüdlər  3,5 dəfə artıb.
 
65-yaşdan yuxarı olan əhalinin 60%-i pensiya, 40%-i isə sosial müavinat alır. 
 
"Biz sosial sığorta fonduna bir manat da olsa vergi verməyənləri vergi verənlərdən ayırmalıyıq. Onların hər ikisinə pensiya eyni təqaüdü vermək ədalətsizlikdir. Odur ki, biz sığorta fonduna pul köçürməyənlərə müavinatlar ödəyirik. Bu müavinatlar 3 paket çərçivəsind 3 dəfə qaldırılıb", - Babayev deyib. 
 
O həmçinin bildirib ki, nazirlik şəffaflığın təminatına da xüsusi diqqət yetiri. Belə ki, nazirlik hər rüb üzrə hesabatları  saytına yerləşdirir.
 
Nazirin sözlərinə görə, cari ildə nazirlik 200 milyona qədər sosial müavinat ödəyəcək. 
 
"Bu müavinatların verilməsi prosesi tam elektronlaşdırılıb. Bu proses zamanı  vətəndaş-məmur ünsiyyətinin olmaması təmin edilib",  - Babayev bildirib.
 
Gülnar Nazimqızı

 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Konstitusiya Məhkəməsi prezident seçkiləri ilə bağlı qərarını açıqlayıb- CANLI YAYIM -Yenilənib
İqtisadiyyat 13:11
Konstitusiya Məhkəməsi prezident seçkiləri ilə bağlı qərarını açıqlayıb- CANLI YAYIM -Yenilənib
Azərbaycanda effektiv pensiya yaşı 62 ildir - Sahil Babayev/ VİDEO
İqtisadiyyat 16:56
Azərbaycanda effektiv pensiya yaşı 62 ildir - Sahil Babayev/ VİDEO
Karantindən faydalanan sahibkarla söhbət- VİDEO
Cəmiyyət 17:28
Karantindən faydalanan sahibkarla söhbət- VİDEO
Bağlanan bankların əmanətçiləri Bakıda etiraz aksiyası keçirir - CANLI YAYIM
İqtisadiyyat 11:45
Bağlanan bankların əmanətçiləri Bakıda etiraz aksiyası keçirir - CANLI YAYIM
Azərbaycanda yeni zavod tikilir - FOTOLAR - VİDEO
İqtisadiyyat 11:46
Azərbaycanda yeni zavod tikilir - FOTOLAR - VİDEO
Bakı 2030-cu ildə belə olacaq - VİDEO
İqtisadiyyat 20:32
Bakı 2030-cu ildə belə olacaq - VİDEO
Petkim sənaye yarımadasının bir günü - VİDEO
10:58
Petkim sənaye yarımadasının bir günü - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol