• $
  • £

Daha 6 rayonda “Vətən Bağı” yaradıldı - FOTO

Daha 6 rayonda “Vətən Bağı” yaradıldı - FOTO
29.11.2022 13:08
2021-ci ildən etibarən "Qırmızı Ürəklər” ("Red Hearts”) Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında "Vətən Bağı” layihəsini həyata keçirməyə başlayıb. Hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilir. Layihə həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədini də daşıyır.

Bu dəfə ağacəkmə layihəsi PAŞA Holding-in dəstəyi ilə Masallı, Oğuz, Naftalan, Ucar, Göyçay və Goranboyda həyata keçirildi. Masallıda 250, Oğuzda 150, Naftalanda 50, Ucarda 200, Göyçayda 280, Goranboyda isə 350 ədəd olmaqla ümumilikdə 1280 ədəd sərv, şam və tuya ağacı əkilib. Ağacəkmə aksiyasında şəhid ailələri, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, qazilər,  PAŞA Holding-in, Kapital Bank-ın və "Qırmızı Ürəklər” Fondunun əməkdaşları iştirak etdi. Aksiya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli İcra Hakimiyyəti orqanının dəstəyi ilə keçirilib.

"Vətən Bağı” əsasən insanların sıx olduğu yerlərdə, parklarda və şəhərin mərkəzlərində təşkil olunur. Bununla da ölkə ərazisində "Vətən Bağ”larının sayı 23-ə çatıb və ağacəkmə mövsümü zamanı davam etdiriləcək. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirlər yerli İcra Hakimiyyəti orqanları və "Qırmızı Ürəklər” Fondu tərəfindən həyata keçirilir. 

"Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin "Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.
 








www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın bank sektorunun aktivləri 61 milyard manata yaxınlaşır
İqtisadiyyat 15:33
Azərbaycanın bank sektorunun aktivləri 61 milyard manata yaxınlaşır
Bakı Fond Birjası regional "Tabadul" platformasına qoşulur
İqtisadiyyat 15:25
Bakı Fond Birjası regional "Tabadul" platformasına qoşulur
Bakı Fond Birjası istiqrazların ticarətini tam avtomatlaşdırıb
İqtisadiyyat 15:13
Bakı Fond Birjası istiqrazların ticarətini tam avtomatlaşdırıb
“Ziraat Bank Azərbaycan” istiqrazlar yerləşdirib
İqtisadiyyat 14:51
“Ziraat Bank Azərbaycan” istiqrazlar yerləşdirib
Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları 611 milyon manatı keçib
İqtisadiyyat 14:48
Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları 611 milyon manatı keçib
Manatın nominal və real effektiv məzənnələri artıb
İqtisadiyyat 14:39
Manatın nominal və real effektiv məzənnələri artıb
bp “Mərkəzi Azəri” platformasında profilaktik işlər yekunlaşdırıb
İqtisadiyyat 13:37
bp “Mərkəzi Azəri” platformasında profilaktik işlər yekunlaşdırıb
İKZF xətti ilə verilən kreditlər 3,8% azalıb
İqtisadiyyat 12:18
İKZF xətti ilə verilən kreditlər 3,8% azalıb
Azərbaycanda ən çox doğum Lənkəran-Astarada qeydə alınıb
İqtisadiyyat 11:31
Azərbaycanda ən çox doğum Lənkəran-Astarada qeydə alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol