• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il “Brent” markalı neft 110 ABŞ dollarına kimi bahalaşa bilər

Bu il “Brent” markalı neft 110 ABŞ dollarına kimi bahalaşa bilər
04.01.2023 23:30
Bu ilin ikinci yarısında "Brent” markalı neftin bir bareli hazırki qiymətlərlə müqayisədə 30 %-dən çox bahalaşaraq 110 ABŞ dollarına çata bilər.

Bunu İsveçrənin İnvestisiya Bankı "UBS” proqnozlaşdırır.

Bankın analitikləri hesab edirlər ki, ötən ildən fərqli olaraq (ən çox kömür bahalaşdı) bu il ən çox dəyəri artan enerji daşıyıcısı məhz neft olacaq. Çində neftə tələbatın bu ilin ikinci yarısında pandemiyadan əvvəlki səviyyəni keçərək rekord həddə çatacağı gözlənilir.

Bu il Avropa İttifaqının neft və neft məhsullarına embarqosu ilə əlaqədar olaraq Rusiyada bu xammalın hasilatı aşağı düşəcək. Bununla yanaşı "OPEC+” daxil olmayan ölkələrdə hasilatın təxminən sutkalıq 1,3 milyon barel artacağı gözlənilir ki, bu da artan tələbi qarşılamağa imkan verməyəcək. Nəticədə "OPEC+” balansı saxlamaq üçün bazara daha çox neft buraxacaq.

Ötən il martın 7-də neft qiymətləri 2008-ci ildən bu yana ilk dəfə bir barel üçün 138 ABŞ dolları həddinə çatdı. Sonrakı bir neçə ayda qiymətlər bir barel üçün 100 ABŞ dolları həddində qaldı. Lakin yayın ortalarından başlayaraq Qərb ölkələrində ressesiya təhlükəsi və "COVİD-19”la bağlı məhdudiyyətlərdən dolayı Çində tələbatın azalması fonunda qiymətlər aşağı düşməyə başladı. (report.az)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol