• $
  • €
  • ₽
  • ₺
  • £

İnvestor ola bilərsiniz – “Leobank”ın yeni xidməti artıq istifadəçilər üçün əlçatandır

İnvestor ola bilərsiniz – “Leobank”ın yeni xidməti artıq istifadəçilər üçün əlçatandır
09.02.2023 11:09
"Unibank”ın mobil bankçılıq xidməti olan Leobank, birbaşa tətbiqin içində investisiya funksiyasını işə salıb.
600-dən çox maliyyə aləti ilə ticarət etmək artıq sadəcə telefon vasitəsilə mümkündür.

İndi Leobank müştəriləri bunlara investisiya edə bilər:

- dünyaca məşhur ABŞ şirkətlərinə (məsələn, Apple və ya Tesla) və ABŞ fond bazarında siyahıya alınmış ən böyük beynəlxalq kompaniyalara;
- indekslərə (S&P 500 və Dow Jones daxil olmaqla),
-kriptovalyutalara (Bitcoin, Ethereum və s.).

"İnvestisiyalar” xidməti Leobank müştərilərinə bir neçə toxunuşla öz portfelini idarə etmək, eləcə də bazar xəbərlərini birbaşa tətbiqdə izləmək imkanı verir.

Səhmləri almaqla, müştərilər bu şirkətlərin səhmdarları olurlar və səhmlərə sahib olduqları müddət ərzində dividendlər (səhmlərə dividend gözlənilirsə) əldə edirlər. Bir şirkətin səhmlərində qiymət artımı olduqda, müştəri portfeli də öz qiymətini artırır.

Müştərilər Amerika fond bazarının iş saatları ərzində (iş günləri Bakı vaxtı ilə saat 18:30-dan 01:00-a qədər) səhmləri ala və sata bilərlər, eyni zamanda, vaxt məhdudiyyəti olmadan kriptovalyuta ilə ticarət edə bilərlər.

Alış Leobank kartı ilə həyata keçirilir. Səhmlərin və indekslərin alqı-satqısı üçün komissiya 0,5%, kriptovalyutalar - 2% ( 1 manatdan az olmayaraq) təşkil edir.

İnvestisiyaların təhlükəsizliyinə görə isə bank müştəriləri narahat olmaya bilərlər. Səhmlərin saxlanması Azərbaycan qanunvericiliyinə uyğun olaraq, "Unicapital” İnvestisiya Şirkəti tərəfindən həyata keçirilir. Əməkdaşlığın təfərrüatları Leobank tətbiqinin "İnvestisiyalar” bölməsində ətraflı təsvir edilib.
İnvestisiya əlavə gəlir gətirə bilər, lakin unutmayın ki, uğur qazanmaq bazarların vəziyyətindən asılıdır.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan müəyyən ixrac daşımalarının xərcinin 70%-dək hissəsini qarşılayır
İqtisadiyyat 15:00
Azərbaycan müəyyən ixrac daşımalarının xərcinin 70%-dək hissəsini qarşılayır

Akif Quliyev: Su anbarlarında ehtiyatlar ötən illə müqayisədə 2,2 milyard kubmetr artıb
İqtisadiyyat 13:26
Akif Quliyev: Su anbarlarında ehtiyatlar ötən illə müqayisədə 2,2 milyard kubmetr artıb

Azərbaycanda ödəniş kartlarının sayı 23,4 milyona yaxınlaşıb
İqtisadiyyat 11:55
Azərbaycanda ödəniş kartlarının sayı 23,4 milyona yaxınlaşıb

Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 11:46
Qızıl və gümüş ucuzlaşıb
Onlayn kreditə müraciət edərkən dələduzluğa qarşı diqqətli olmaq lazımdır
İqtisadiyyat 11:19
Onlayn kreditə müraciət edərkən dələduzluğa qarşı diqqətli olmaq lazımdır
Azeri Light Crude Climbs to $127.6 per Barrel
İqtisadiyyat 11:00
Azeri Light Crude Climbs to $127.6 per Barrel
Gold and Silver Futures Retreat on COMEX Exchange
İqtisadiyyat 10:30
Gold and Silver Futures Retreat on COMEX Exchange
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti
İqtisadiyyat 16:46
Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol