• $
  • £

Yelo Bank ağacəkmə aksiyasında iştirak etdi

Yelo Bank ağacəkmə aksiyasında iştirak etdi
16.03.2023 14:56
Yelo Bank ekoloji sosial təşəbbüslərdə fəal iştirakını davam etdirir. Bank bu dəfə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunan ağacəkmə aksiyasına qatılıb. Müşfiqabad qəsəbəsində keçirilən aksiyada Yelo əməkdaşlarının da iştirakı ilə müxtəlif ağaclar əkilib. Tədbirə qatılmaqda Bankın əsas məqsədi ağac əkilməsini təşviq edərək təbiətin qorunmasına, eləcə də sağlam ekoloji mühitin yaradılmasına töhfə verməkdir. 
 
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunan aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış 13 mart 2023-cü il tarixli "Anlaşma Memorandumu" əsasında təşkil olunub. Memoranduma əsasən, 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə bir milyon ağacın əkilməsi planlaşdırılır. Bu missiyada Yelo Bank da öz təşəbbüskar dəstəyini əsirgəməyəcək.


Bank xidmətləri, həmçinin, valyuta məzənnəsi haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.


Yelo Bank – Parlaq bankçılıq!
 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol