• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakı Metropoliteni” rəsmisi: “Stansiyalarda ticarət olmayacaq”

“Bakı Metropoliteni” rəsmisi: “Stansiyalarda ticarət olmayacaq”
28.05.2020 21:11
“Bakı Metropoliteni” QSC-nin əsas vəzifəsi sərnişindaşıma, sərnişinlərin təhlükəsizliyini, eləcə də rahatlığını təmin etməkdir.Lakin son zamanlar “Bakı Metropoliteni” QSC-nin metro stansiyalarında ticarət köşkləri həddindən artıq artması nəticəsində səliqəsizlik və natəmizlik yaranıb”. Bunu “APA-Economics”ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Fuad Tağızadə bildirib. Onun sözlərinə görə, “Bakı Metropoliteni” QSC yaranan ilk gündən əsas məqsədlərindən də biri də metro keçidlərindəki ticarətin birmənalı olaraq yığışdırılmasıdır: “Sərnişinlərin metrodan maneəsiz istifadəsini təmin etmək üçün metro stansiya keçidlərindəki bu vəziyyəti qaydaya salmaq niyyətindəyik”. F.Tağızadənin sözlərinə görə, Bakı Metropoliteninin heç bir stansiyasında ticarət olmamalıdır: “Metro stansiyalarındakı ticarət köşklərinin harasa köçürülməsi nəzərdə tutulmayıb. Bu ticarət obyektlərində çalışan şəxslərlə həmişə bir aylıq müddətə müqavilə bağlanıb. Bu ilin fevral ayının sonunda onların müqavilələrinə xitam verilib və martın 1-dən dayandırılıb. Biz həmin ticarətçilərin fəaliyyətini ayın ortasında saxlamamışıq və ya onlarla illik müqaviləmiz yoxdur. Bir ayı tam işləyib icarə haqqını ödəyiblər. Ona görə də heç bir kompensasiyadan söz gedə bilməz”.  Qurumun baş mühəndisi qeyd edib ki, ticarət köşklərinin bağlanması mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, əvvəlcə ticarət köşklərinin bağlanması stansiyaların içindəki platformalardan başlayacaq: “Əvvəlcə şəhərin mərkəzindəki stansiyalardakı köşklər, daha sonra şəhər kənarındakı stansiyalarda fəaliyyət göstərən ticarət köşkləri bağlanacaq. Bu məsələni qısa zaman kəsiyində həll etmək niyyətindəyik”. Qeyd edək ki, Bakı Metropoliteninin stansiyalarında fəaliyyət göstərən ticarət köşklərinin sahiblərinə ərazini boşaltmaq üçün martın 27-dək vaxt verilib. Bu qərar köşklərdə çalışanların etirazına səbəb olsa da, metropoliten rəhbərliyi qərarını dəyişməyib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol