Qeyri-OPEC ölkələrində neft hasilatı ilə bağlı proqnoz yüksəldilib
OPEC 2023-cü ildə təşkilata daxil olmayan ölkələrdə neft hasilatının artımı ilə bağlı proqnozunu gündəlik 1,6 milyon barelə qədər yüksəldib və bu ölkələrdə hasilatın gündəlik orta hesabla 67,4 milyon barel olacağını gözləyir.
Bu barədə OPEC-in aylıq hesabatında qeyd edilib.
Təşkilat proqnoza yenidən baxılmasını Kanada, Afrika və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri üzrə göstəricinin azalması ilə əlaqələndirir. Bu isə Rusiya, ABŞ və Braziliyada hasilatla bağlı göstəricinin artması ilə kompensasiya olunur.
Ötən ay OPEC 2023-cü ildə təşkilata daxil olmayan ölkələrdə neft hasilatının 1,5 milyon barel artaraq sutkada 67,3 milyon barelə çatacağını proqnozlaşdırmışdı.
2023-cü ildə əsas artım amillərinin ABŞ, Braziliya, Norveç, Qazaxıstan, Qayana və Çin olacağı proqnozlaşdırılır. Amma OPEC ABŞ-ın şist neft hasilatı potensialı və ilin qalan hissəsi üçün planlaşdırılmamış texniki xidmətlə bağlı qeyri-müəyyənliyin davam etdiyini vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İqtisadiyyat
13:59
Korınski: Azərbaycanda institusional investorların birləşməsi mexanizmi hələ qurulmayıb
İqtisadiyyat
13:43
Azərbaycanda sekuritizasiya bazarının inkişafına mane olan 3 əsas amil açıqlanıb
İqtisadiyyat
13:41
Ermənistan parlamenti ABŞ ilə TRIPP layihəsi üzrə strateji sazişi ratifikasiya edib
İqtisadiyyat
13:27
İsi Mustafayev: Zəmanət mexanizmləri istiqrazların gəlirliliyini 11%-ə endirə bilər
İqtisadiyyat
13:23
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
Son xəbərlər
İqtisadiyyat
13:59
İqtisadiyyat
13:43
İqtisadiyyat
13:41
İqtisadiyyat
13:27
İqtisadiyyat
13:23
İqtisadiyyat
13:02
Cəmiyyət
12:52
Cəmiyyət
12:24