• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Azərbaycanın neft ixracı artıb

Azərbaycanın neft ixracı artıb
15.09.2023 16:58
2023-cü ilin yanvar-avqustunda Azərbaycan 19 ölkəyə 18 milyon tondan çox neft ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib. 

Bildirilir ki, İtaliyaya 4 696 999,48 min ABŞ dolları dəyərində 7 554 094,95 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 1 088 305,22 min dollar dəyərində 1 820 121,26 ton neft ixrac edilib.
 
Hesabat dövründə  Azərbaycandan 20 ölkəyə 11 234 779,76 min dollarlıq 18 506 042,46 ton neft ixrac edib.
 
OPEC 2023-cü ildə təşkilata daxil olmayan ölkələrdə neft hasilatının artımı ilə bağlı proqnozunu gündəlik 1,6 milyon barelə qədər yüksəldib və bu ölkələrdə hasilatın gündəlik orta hesabla 67,4 milyon barel olacağını gözləyir. Bu barədə OPEC-in aylıq hesabatında qeyd edilib.

Təşkilat proqnoza yenidən baxılmasını Kanada, Afrika və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri üzrə göstəricinin azalması ilə əlaqələndirir. Bu isə Rusiya, ABŞ və Braziliyada hasilatla bağlı göstəricinin artması ilə kompensasiya olunur.

Ötən ay OPEC 2023-cü ildə təşkilata daxil olmayan ölkələrdə neft hasilatının 1,5 milyon barel artaraq sutkada 67,3 milyon barelə çatacağını proqnozlaşdırmışdı.

2023-cü ildə əsas artım amillərinin ABŞ, Braziliya, Norveç, Qazaxıstan, Qayana və Çin olacağı proqnozlaşdırılır. Amma OPEC ABŞ-ın şist neft hasilatı potensialı və ilin qalan hissəsi üçün planlaşdırılmamış texniki xidmətlə bağlı qeyri-müəyyənliyin davam etdiyini vurğulayıb.

"2024-cü ildə qeyri-OPEC ölkələrində maye karbohidrogenlərin hasilatının əvvəlki illə müqayisədə gündəlik 1,4 milyon barel artacağı və orta hesabla 68,8 milyon barel olacağı gözlənilir. Bu rəqəm ötən ayla müqayisədə demək olar ki, dəyişməyib”, - hesabatda qeyd edilib.

2021-ci ildə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel idi. 2020-ci ildə 700 min barel səviyyəsində olub. 2019-cu ildə isə 780 min barel təşkil edirdi.
 
Aytac Zeynalova



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
İqtisadiyyat 10:29
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
İqtisadiyyat 17:02
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
İqtisadiyyat 15:29
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
Doqquz ayda 1564 nəfər Azərbaycandan gedib
İqtisadiyyat 15:25
Doqquz ayda 1564 nəfər Azərbaycandan gedib
Doqquz ayda doğulan körpələrin sayı açıqlanıb
İqtisadiyyat 15:18
Doqquz ayda doğulan körpələrin sayı açıqlanıb
Boşanan və evlənələrin sayı azalıb
İqtisadiyyat 15:09
Boşanan və evlənələrin sayı azalıb
Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 13:06
Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 12:46
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
Xankəndidə mənzillər satışa çıxarılacaq
İqtisadiyyat 12:37
Xankəndidə mənzillər satışa çıxarılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol