• $
  • €
  • ₽
  • ₺
  • £

On ayda AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən qazın həcmi açıqlanıb

On ayda AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən qazın həcmi açıqlanıb
15.11.2023 12:51
"Azəri-Çıraq-Günəşli” yataqlar bloku istismara veriləndən 2023-cü ilin noyabrın 1-nə qədər 214,1 milyard kubmetr qaz hasil edilib. Bu barədə Energetika Nazirliyinin yanvar-oktyabr üzrə operativ məlumatlarında bildirilib.
 
Məlumata görə, cari  ilin on ayında "Şahdəniz” yatağından 204,6 milyard kubmetrə yaxın qaz hasil edilib.

Bu dövrdə "Şahdəniz” yatağından hasil edilən qazın 144,8 milyard kubmetr həcmi ixraca nəql edilib.

Hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.

İstismara veriləndən bu ilin oktyabrın 1-nə qədər "Şahdəniz” yatağından 202,5 milyard kubmetrə yaxın qaz hasil edilib.

Bu dövrdə "Şahdəniz” yatağından hasil edilən qazın 143 milyard kubmetr həcmi ixraca nəql edilib.

"Azəri-Çıraq-Günəşli" platformalarında hasil edilən səmt qazının bir hissəsi Azərbaycan Dövlət Neft Şirkətinə əhalinin tələbatını ödəmək üçün təhvil verilir, qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulur.
 
15 dekabr 2006-cı il tarixində baş vermiş ilk hasilat yatağın işlənməsinin 1-ci mərhələsinin başlanğıcı idi. O vaxtdan bəri "Şahdəniz” Mərhələ-1 qazı uğurla və etibarlı şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır.

"Şahdəniz” yatağının işlənməsinin növbəti mühüm mərhələsi 2018-ci ildən, yəni "Şahdəniz-2” layihəsindən Türkiyəyə ilk kommersiya qaz həcmləri nəqlinin başlandığı və iyulun sonunda "Şahdəniz Bravo” platformasından ilk qaz hasilatının əldə olunduğu ildən istismardadır.
 
"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. 

AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan əhalisinin gəlirləri artıb
İqtisadiyyat 11:50
Azərbaycan əhalisinin gəlirləri artıb
Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb
İqtisadiyyat 11:20
Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb
2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
İqtisadiyyat 10:49
2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
İqtisadiyyat 10:08
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:50
Qızıl və gümüş bahalaşıb
Azərbaycan neftinin qiyməti açıqlanıb
İqtisadiyyat 09:34
Azərbaycan neftinin qiyməti açıqlanıb
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:23
Dünya bazarlarında neft bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan neftinin qiyməti 100 dollara düşüb
İqtisadiyyat 10:30
Azərbaycan neftinin qiyməti 100 dollara düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol