• $ 1.7
  • € 1.9778
  • ₽ 0.021676
  • ₺ 0.0394
  • £ 2.282

NEQSOL Holding Qarabağa 200 mln manatadək sərmayə yatıracaq

NEQSOL Holding Qarabağa 200 mln manatadək sərmayə yatıracaq
06.02.2024 11:51
NEQSOL Holding işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı üçün ümumilikdə 200 milyon manatadək sərmayə yatıracaq. Bu barədə Report NEQSOL Holdingə istinadən xəbər verib.

Bildirilib ki, NEQSOL Holdingin tərkibində olan "Nobel Energy” Cəbrayıl rayonunda günəş elektrik stansiyasının inşasını planlaşdırır.
 
Layihə regionun "yaşıl enerji" zonasına çevrilməsi məqsədlərinə də xidmət edəcək. Ümumi gücü 100 meqavat olan layihənin icrası nəticəsində ildə 180 milyon kilovat/saat enerji istehsalı nəzərdə tutulur, bu isə orta hesabla 58 000-ə yaxın evi elektrik enerjisi ilə təmin edəcək. Stansiyanın tikintisi zamanı 600 nəfərin, istismara verildikdən sonra isə 80 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub.

NEQSOL Holding beynəlxalq şirkətlər qrupu 11 ölkədə telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərir.
 
2023-cü ildə noyabrın 23-ü SPECA Rəhbər Şurasının 18-ci iclasında çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə indiyədək dövlət büdcəsindən 7 milyard dollar sərf edildiyini deyib. 2024-cü il üçün 2,4 milyard dollar ayrılması nəzərdə tutulur.
 
Maliyyə Naziri Samir Şərifov Azərbaycan 2024-cü ilin dövlət büdcəsindən Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün 2,35 milyard dollar ayrılacağını deyib. O bildirib ki, büdcə xərclərinin 10,9 %-i azad edilmiş ərazilərdə quruculuq işlərinə ayrılacaq.
 
Aygün Mirakif



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu təhsil müəssisəsinə direktor təyin edilib
İqtisadiyyat 17:22
Bu təhsil müəssisəsinə direktor təyin edilib
ABB Tam Visa kartını təqdim etdi
İqtisadiyyat 16:47
ABB Tam Visa kartını təqdim etdi
Subway Azərbaycana gəlir
İqtisadiyyat 15:49
Subway Azərbaycana gəlir
İndi aviabiletlər də ABB Business-də alınır
İqtisadiyyat 14:32
İndi aviabiletlər də ABB Business-də alınır
Ötən il orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 12:58
Ötən il orta aylıq əməkhaqqı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
İqtisadiyyat 10:44
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Niyə günəş panelləri Bakıda az, Qarabağda isə sürətlə qurulur?
İqtisadiyyat 09:11
Niyə günəş panelləri Bakıda az, Qarabağda isə sürətlə qurulur?
ABB-nin tərəfdaşlığı ilə keçirilən “EY İlin İş Adamı” müsabiqəsində
yarışacaq sahibkarlar məlum oldu
İqtisadiyyat 16:16
ABB-nin tərəfdaşlığı ilə keçirilən “EY İlin İş Adamı” müsabiqəsində yarışacaq sahibkarlar məlum oldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol