Konstitusiya Məhkəməsi prezident seçkiləri ilə bağlı qərarını açıqlayıb- CANLI YAYIM -Yenilənib
![Konstitusiya Məhkəməsi prezident seçkiləri ilə bağlı qərarını açıqlayıb- CANLI YAYIM -Yenilənib Konstitusiya Məhkəməsi prezident seçkiləri ilə bağlı qərarını açıqlayıb- CANLI YAYIM -Yenilənib](https://anews.az/photo/850x500/2024-02/1707815774_yeni.jpg)
Konstitusiya Məhkəməsi 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərinin nəticəsini təsdiq edib.
Konstitusiya Məhkəməsinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının (MSK) yekun protokoluna əsasən, İlham Əliyev 92.12 faiz səslə prezident seçkilərində qalib gəlib.
Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün müddətində and içir.
Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün müddətində and içir.
Canlını təqdim edirik:
11:04
Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.
İclasda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı məsələyə baxılır.
İclasdan canlı yayımı təqdim edirik:
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)