• $
  • €
  • ₽
  • ₺
  • £

Peykimizi Naxçıvandan da idarə edəcəklər

Peykimizi Naxçıvandan da idarə edəcəklər
24.02.2014 17:48
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Sərəncamının, eləcə də bununla bağlı qəbul olunan Dövlət proqramlarının icrası nəticəsində ölkəmiz kosmik sənaye sahəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. 2013-cü il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1”-in orbitə buraxılması isə ölkəmizin dünya kosmik məkanına inteqrasiyasını təmin edib.Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvanda “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi yaradılıb.AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilənə görə, fevralın 22-də Ali Məclisin Sədri Vasif Talıbov Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzində yaradılan şəraitlə tanış olub.Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov məlumat verib ki, idarəetmə mərkəzi üçün ərazidə yeni inzibati bina tikilib və idarəetmə antennası quraşdırılıb.Binada sistem, idarəetmə və elektrik otaqları, eləcə də mətbəx və istirahət otağı istifadəyə verilib. Sistem və idarəetmə otaqlarında ən müasir avadanlıq quraşdırılıb, işçilərin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Binada təhlükəsizlik tədbirlərinə tam əməl edilib, yanğından avtomatik mühafizə sistemi və videomüşahidə kameraları quraşdırılıb. Əsas idarəetmə mərkəzində yaranan hər hansı texniki nasazlıq zamanı idarəetmə avtomatik olaraq Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinə ötürülür. Bu da “Azərspace-1” peykinin kəsintisiz idarə və istismar olunmasına imkan verir.“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin Naxçıvanda yaradılması muxtar respublika üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, idarəetmə mərkəzi muxtar respublikada informasiya təhlükəsizliyinin təmin edilməsi, elm tutumlu yeni layihələrin icrası, keyfiyyətli teleradio yayım və rabitə xidmətlərinin göstərilməsi, eləcə də elektron hökumətin formalaşdırılması prosesini xeyli sürətləndirəcək.Binanın həyətində də abadlıq işləri aparılıb, transformator yarımstansiyaları və generator quraşdırılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi qurulub və ərazinin mühafizəsi təmin edilib.Ali Məclisin Sədri Vasif Talıbov idarəetmə mərkəzinin muxtar respublikada dayanıqlı rabitə xidmətlərinin göstərilməsində və telekommunikasiya infrastrukturunun inkişafında mühüm əhəmiyyətə malik olacağını bildirib, yerli mütəxəssislərin yetişdirilməsi və təhlükəsizlik tədbirlərinə ciddi əməl olunması barədə tapşırıqlar verib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol