• $
  • €
  • ₽
  • ₺
  • £

ARDNŞ: İxtisara düşən işçilərin 89%-i artıq işlə təmin olunub

ARDNŞ: İxtisara düşən işçilərin 89%-i artıq işlə təmin olunub
24.02.2014 16:44
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) keçən ilin IV rübündən beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirmə prosesinə başlayıb.Bu məqsədlə şirkət 5 aydır işçilərin kənardan işə qəbulunu dayandırıb. Aparılan islahatlar şirkətin 7 222 nəfər işçisini əhatə edib. Onlardan 6 418 nəfəri (89%) artıq işlə təmin olunub. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov bu gün keçirilən mətbuat konfransında bildirib.Onun sözlərinə görə, bu, şirkətin Geofizika və geologiya, Neft kəmərləri, Sosial inkişaf, Qaz ixracı idarələri, Kompleks Qazma İşləri Tresti və «Azneft» İB-nin müəssisələrində aparılan struktur dəyişiklikləri nəticəsində baş verib: «533 nəfər əmək haqqının 5 misli məbləğində müavinət almaqla, başqa fəaliyyət sahələrinə keçib. 108 nəfər bu müəssisələrin ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun təmin olunmasına dair proqrama qoşulub, 163 nəfər proqrama qoşulmaqdan imtina edib. Proqrama qoşulmuş 108 nəfər isə 1 il ərzində əmək haqlarının 50%-ni alacaq və bu şəxslərə ikinci ixtisas veriləcək».X.Məmmədov əlavə edib ki, bu yaxınlarda 43 vakansiya üzrə müsabiqə keçiriləcək. Artıq 64 nəfər bu vakansiyalarla bağlı müraciət edib. Ümumilikdə, hazırda ARDNŞ-də 3 098 vakansiya mövcuddur, şirkətlərin işçilərinin ümumi sayı isə təxminən 60 077 nəfərdir. Şirkət vitse-prezidenti xüsusi vurğulayıb ki, ən çox ixtisara düşən məmur kateqoriyasıa aid olan işçilər düşüb və onlar üzrə həmin göstərici təxminən 70-80% olub, halbuki öncə onların ümumi sayı 18 min idi. Sosial idarə kateqoriyasına aid işçilərin sayı isə 60% azalıb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol