• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakı Fond Birjası"nın bağlanmış əqdlərinin dəyəri artıb

"Bakı Fond Birjası"nın bağlanmış əqdlərinin dəyəri artıb
08.05.2024 17:54
2024-cü ilin yanvar-aprelində "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 11 milyard 151,642 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Bu barədə Bakı Fond Birjası məlumat yayıb. 
 
Bununla yanaşı son 1 ildə 4 492 əqd bağlanıb, bu da 34,4% artım deməkdir.
 
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 78,9 % artaraq 2 milyard 808,539 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 20,2 % artaraq 669,129 milyon manat olub.
 
Fondun dövriyyəsi 7 milyard 673,974 milyon manat və ya 68,8%-i repo əməliyyatlarının payına düşüb ki, bu da illik müqayisədə 3 dəfə çoxdur
 
2022-ci ildə "Bakı Fond Birjası" QSC-də (BFB) səhm və istiqrazlarla bağlı 45 yerləşdirmə olub.

Azərbaycanda fəaliyyət göstərən əsas fond birjası olan "Bakı Fond Birjası" Qapalı səhmdar cəmiyyəti formasında yaradılmış kommersiya təşkilatıdır.
 
BFB 1997-ci ildə təsis edilib və yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşdırılmasıdır. 

Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində çıxış edən  "Bakı Fond Birjası" QSC-nin yerli banklar, brokerlər və İstanbul Fond Birjası (Borsa Istanbul) da daxil olmaqla 20 səhmdarı mövcuddur. Birjanın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tənzimlənir. Birjada səhm və istiqraz kimi korporativ qiymətli kağızların, Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları kimi dövlətin borc kağızlarının ticarəti və REPO əməliyyatları həyata keçirilir.
 
Aygün

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kommersiya qurumlarının sayı artıb
İqtisadiyyat 10:52
Kommersiya qurumlarının sayı artıb
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
İqtisadiyyat 10:51
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
Azərbaycan neftinin qiyməti yenidən 100 dolları ötüb
İqtisadiyyat 09:38
Azərbaycan neftinin qiyməti yenidən 100 dolları ötüb
General Natiq Əliyevin qızı saxlanılıb
İqtisadiyyat 09:22
General Natiq Əliyevin qızı saxlanılıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:17
Dünya bazarlarında neft ucuzlaşıb
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:08
Məzənnə açıqlanıb
OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb
İqtisadiyyat 17:20
OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
İqtisadiyyat 15:47
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
İqtisadiyyat 15:25
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol