• $
  • £

Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir

Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
15.05.2024 11:52
Sahibkarların ehtiyaclarına uyğun həllər təqdim edən Yelo Bank-dan daha bir innovativ xidmət: Mobil POS. Bu yenilik sayəsində fiziki və hüquqi şəxslər ənənəvi POS terminal olmadan bank kartları, smartfon və ya ağıllı saatlardan ödəniş qəbul edə biləcəklər. 
 
Mobil POS xidməti nədir? Mobil POS ənənəvi POS terminallara müasir alternativdir. O, NFC dəstəkli android smartfon və ya planşeti tam funksional POS terminala çevirir, bizneslərə ödənişləri rahat və səmərəli şəkildə qəbul etməyə imkan verir. 
 
Mobil POS ənənəvi analoqlarından bir çox üstünlükləri ilə fərqlənir. İlk növbədə portativ və rahat olmaqla, istənilən vaxt, istənilən yerdə əməliyyatlar aparmağa fürsət yaradır. Müştərilərə bank kartından tutmuş, ağıllı saata kimi istənilən təmassız vasitə ilə ödəniş imkanı verir, bu da artan müştəri məmnuniyyəti deməkdir. Sahibkarların isə daha bahalı POS terminala ehtiyacı qalmır. Bunun üçün sadəcə Google Play-dən "Yelo Mobile Pos” və "tapXphone” mobil tətbiqlərini Android cihaza yükləmək lazımdır. Sadə interfeys və sürətləndirilmiş quraşdırma sayəsində satış prosesi daha da rahatlaşır.
 
Yelo Bank-ın Mobil POS xidməti əsasən kiçik və orta biznes sahibləri, taksi və çatdırılma xidmətləri üçün daha əlverişlidir. Xidmətə qoşulmaq isə tamamilə pulsuzdur. Yelo Bank bu yenilik münasibətilə əlavə kampaniya da elan edir. Belə ki, 31.07.2024 tarixinədək Mobil POS xidmətinə qoşulacaq sahibkarlar növbəti 3 ay ərzində əməliyyatlar üçün heç bir komissiya ödəməyəcəklər. Bununla yanaşı, biznes kart Bank tərəfindən hədiyyə edilir. Eyni zamanda, Mobil POS xidmətinə bağlı olan hesabdan nağdlaşdırmaya görə heç bir komissiya tutulmayacaq. Qeyd edək ki, xidmətə qoşulan sahibkarlar üçün cari hesabın açılması pulsuzdur.
 
Nağdsız ödənişlərə tələbin hər keçən gün artdığı bu dövrdə Yelo Bank-ın Mobil POS xidməti sahibkarlara satışlarını artırmağa yardımçı olacaq.
 
Xidmətə qoşulmaq üçün istənilən Yelo Bank filialına yaxınlaşa və ya 981 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Daha ətraflı: http://bit.ly/moblpos

BankdanPOS terminal almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR İtaliyanın Italiana Petroli şirkətinin 99,82% səhminin alınmasını tamamlayıb
İqtisadiyyat 19:44
SOCAR İtaliyanın Italiana Petroli şirkətinin 99,82% səhminin alınmasını tamamlayıb
Parlamentin növbəti iclası mayın 12-də keçiriləcək
İqtisadiyyat 15:06
Parlamentin növbəti iclası mayın 12-də keçiriləcək
Rauf Namazov: "Maliyyə institutları yenilikləri tətbiq edərkən riskləri öncədən hesablamalıdır"
İqtisadiyyat 13:06
Rauf Namazov: "Maliyyə institutları yenilikləri tətbiq edərkən riskləri öncədən hesablamalıdır"
Cavid Rzayev: "Müştərilərimizin 80%-i rəqəmsal dünyadadır"
İqtisadiyyat 12:42
Cavid Rzayev: "Müştərilərimizin 80%-i rəqəmsal dünyadadır"
ABB BTB Bankın 295 milyon manatlıq aktiv portfelinin transferini qiymətləndirib
İqtisadiyyat 11:45
ABB BTB Bankın 295 milyon manatlıq aktiv portfelinin transferini qiymətləndirib
ABB yeni istiqraz emissiyalarını davam etdirməyi planlaşdırır, IPO investorlarının sayı artır
İqtisadiyyat 11:34
ABB yeni istiqraz emissiyalarını davam etdirməyi planlaşdırır, IPO investorlarının sayı artır
ABB Körfəz investorlarından cəlb etdiyi maliyyənin həcmini 230 milyon dollara çatdırıb
İqtisadiyyat 10:56
ABB Körfəz investorlarından cəlb etdiyi maliyyənin həcmini 230 milyon dollara çatdırıb
ABB Özbəkistan bazarına daxil olmağı planlaşdırır
İqtisadiyyat 10:21
ABB Özbəkistan bazarına daxil olmağı planlaşdırır
ABB-nin faiz gəlirləri 2025-ci ildə 21%-dən çox artıb
İqtisadiyyat 10:15
ABB-nin faiz gəlirləri 2025-ci ildə 21%-dən çox artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol