• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Azərbaycanın xarici dövlət borcunun 25,9% avrobondların payına düşür

Azərbaycanın xarici dövlət borcunun 25,9% avrobondların payına düşür
28.08.2024 15:42
2024-cü il iyunun sonuna Azərbaycanın xarici dövlət borcunun 25,9%-ni və ya 1387,3 milyon ABŞ dollarını Beynəlxalq Maliyyə Bazarında yerləşdirilmiş dövlət istiqrazları (Avrobondlar) təşkil edib. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Hesabatda bildirilir ki, bunun 310,7 milyon dolları (5,125% kupon ödənişi) 2029-cu ildə, 1 076,6 milyon dolları (3,5% kupon ödənişi) isə 2032-ci ildə ödəniləcək.
 
 2014-cü ildə Maliyyə Nazirliyi tərəfindən 1,25 milyard dollarlıq avrobondların debüt emissiyası illik 5%-lə 10 il müddətinə yerləşdirilib.

160-dan çox ölkədən olan institusional investorlar Maliyyə Nazirliyinin avrobondlarını almaqda maraqlıdırlar. Eyni zamanda, investorlar tərəfindən verilэт müraciətlərin ümumi həcmi emissiya həcmindən 4 dəfə çox olub.

Yerləşdirmə nəticəsində avrobondların 47%-i ABŞ-dan, 25%-i Böyük Britaniyadan, 18%-i Almaniyadan, 10%-i isə digər ölkələrdən investorlar tərəfindən alınıb.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-nin neft ehtiyatları artıb
İqtisadiyyat 21:45
ABŞ-nin neft ehtiyatları artıb
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib
İqtisadiyyat 18:30
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib
Bakı metrosu sərnişin daşınmasını artırıb
İqtisadiyyat 16:13
Bakı metrosu sərnişin daşınmasını artırıb
Yanvarda sosial sığorta ödəmələri artıb
İqtisadiyyat 15:57
Yanvarda sosial sığorta ödəmələri artıb
Martın 1-dən Türkmənistan qazının Türkiyəyə ixracı başlayacaq
İqtisadiyyat 15:35
Martın 1-dən Türkmənistan qazının Türkiyəyə ixracı başlayacaq
OMV rəhbəri Azərbaycan qazının Ukrayna vasitəsilə tranzitini dəstəkləyib
İqtisadiyyat 15:13
OMV rəhbəri Azərbaycan qazının Ukrayna vasitəsilə tranzitini dəstəkləyib
“Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramı yekunlaşdı: 23 tələbəyə təqaüd veriləcək
İqtisadiyyat 14:02
“Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramı yekunlaşdı: 23 tələbəyə təqaüd veriləcək
Azərbaycanda bahalaşan qida məhsularının siyahısı açıqlanıb
İqtisadiyyat 13:21
Azərbaycanda bahalaşan qida məhsularının siyahısı açıqlanıb
Yanvarda illik inflyasiya bu qədər olub
İqtisadiyyat 12:07
Yanvarda illik inflyasiya bu qədər olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol