Səkkiz ayda elektrik enerjisinin istehsalı 2 dəfədən çox artıb - Nazir

2024-cü ilin səkkiz ayında Azərbaycanda 19 235,4 mln. kVt-saat elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çoxdur. Bunu energetika naziri Pərviz Şahbazov "X" hesabında yazıb.
"lkə üzrə elektrik enerjisinin ixracı 858,9 mln. kVt-saat, idxal isə 125,5 mln. kVt-saat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 2 dəfədən çox artımla 2771.8 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Beləliklə bu dövrdə elektrik enerjisi istehsalında "yaşıl enerji”nin payı 14% olub”- nazir hesabında yazıb.
Azərbaycan bu ilin yeddi ayında 522,1 mln. kVt-saat elektrik enerjisi ixrac edib, bu da illik müqayisədə 2,45 dəfə azdır.
Həmçinin bu ilin birinci yarısında Azərbaycanda elektrik enerjisi istehsalında "yaşıl enerji”nin payı 15%-ə yüksəlib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:26
Birbank-ın “Böl-ödə” krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün

İqtisadiyyat 14:28
Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib

İqtisadiyyat 08:26
bp və tərəfdaşları Azərbaycanda inklüziv təhsilə dəstək layihəsini başa çatdırıblar

İqtisadiyyat 07:24
Qazaxıstan, Azərbaycan və Almaniya Qazaxıstan neftinin Bakı üzərindən tranzitini müzakirə edir




















