• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkənin lider mobil operatoru iki qızıl mükafata layiq görüldü!

Ölkənin lider mobil operatoru iki qızıl mükafata layiq görüldü!
10.10.2024 11:29
Azercell Stevie Beynəlxalq Biznes Mükafatları tərəfindən "İlin Texnoloji Yeniliyi” və "İlin Korporativ Sosial Məsuliyyət Proqramı” nominasıyaları üzrə qalib seçilib
"Azercell Telekom” MMC-nin nailiyyətləri Stevie Beynəlxalq Biznes Mükafatlarının (IBAs) münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Lider mobil operator ölkədə süni intellekt əsasında çalışan ilk Azərbaycan dilli Virtual Assistent xidməti - "Aicell”in tətbiqinə görə "İlin texnoloji yeniliyi” nominasiyası üzrə Qızıl mükafata layiq görülüb.
 
Bundan əlavə, Azercell-in Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi "Qızlara ağ yaraşır” sosial kampaniyası "İlin korporativ sosial məsuliyyət proqramı” seçilməklə Qızıl mükafatçılar sırasında yer alıb.
 
Xatırladaq ki, Azərbaycan dilində tam spektr xidmət göstərən "Aicell” abunəçiləri operatorlara yönləndirmədən bir çox sorğuları dərhal yerinə yetirir, bununla da qısa müddət ərzində daha çox müraciətin cavablandırılmasına, həmçinin müştərilərin vaxtına qənaət edilməsinə dəstək olur.

"Qızlara ağ yaraşır” sosial layihəsinin əsas məqsədi qızları sağlam və fəal həyat tərzi sürməyə təşviq etməklə yanaşı, erkən nikahlara qarşı mübarizə aparmaq olub. Kampaniya çərçivəsində Azərbaycan Cüdo Federasiyasının məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən yeniyetmə qızlara cüdoqi və 1 ay ödənişsiz məşq hədiyyə olunub. Layihə minlərlə gənci idmanla məşğul olmağa sövq etməklə bərabər, cüdo ilə məşğul olan qızların sayında 100% artımla nəticələnib. Kampaniya dəfələrlə beynəlxalq və yerli mükafatlara layiq görülüb.

Qeyd edək ki, dünya işgüzar aləmində ən mötəbər mükafatlardan biri olan Stevie innovasiya, liderlik, müştəri xidməti, marketinq və insan qaynaqları kimi sahələrdə fərqlənən qurumları təltif edir və dünya üzrə 200-dən çox peşəkarın iştirak etdiyi ciddi qiymətləndirmə prosesi ilə tanınır.
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol