• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Kapital Bank-ın baş sponsorluğu ilə “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə Təhsilin İnkişafı Forumu gerçəkləşdi

Kapital Bank-ın baş sponsorluğu ilə “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə Təhsilin İnkişafı Forumu gerçəkləşdi
10.10.2024 20:52
Oktyabrın 8-də ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş Təhsilin İnkişafı Forumu Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilib. Ölkənin birinci bankı Kapital Bank-ın baş sponsorluq etdiyi forumun əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına dəstək olmaq, eləcə də bu prosesin təşviqinə dəstək istiqamətində faydalı platforma olaraq fəaliyyət göstərməkdir.

Forumda Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə "Tədqiqatdan inkişafa gedən yol” adlı paneldə spiker qismində çıxışı zamanı qeyd edib: "Kapital Bank olaraq universitet-sənaye tərəfdaşlığına verdiyimiz dəstək gənc mütəxəssislərin bilik və bacarıqlarının praktiki mühitdə inkişafına yönəlib. Bu əməkdaşlıq vasitəsilə ölkəmizin iqtisadiyyatına töhfə verəcək peşəkarların yetişdirilməsinə daim şərait yaradırıq. Biz bu tərəfdaşlığı davamlı inkişafın əsas sütunlarından biri kimi görür və bu sahədəki təşəbbüsləri dəstəkləyirik”. Panel çərçivəsində beynəlxalq reytinqlərdə universitetlərin mövqeyinin gücləndirilməsi, universitet-sənaye əməkdaşlığının əhəmiyyəti, innovasiya və tədqiqat mərkəzlərinin yaradılması və bu sahədə strateji tərəfdaşlıqların rolu müzakirə olunub.

Qeyd edək ki, forum çərçivəsində digər önəmli panellərdən biri "Biliyi dəyərə çevirən sinerji” paneli olub. Burada təhsilin iqtisadiyyata inteqrasiyası mövzusu ətrafında geniş fikir mübadiləsi aparılıb. "Gələcəyi gənclərə necə hazırlamalı?” adlı digər paneldə isə gənc nəslin təhsilə hazırlığı və onların gələcək inkişafına dəstək yolları müzakirə olunub.
 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
2030-cu ilə qədər Günəş və Külək elektrik enerjisinin hasilatı 6 giqavat olacağı proqnozlaşdırılır
İqtisadiyyat 10:40
2030-cu ilə qədər Günəş və Külək elektrik enerjisinin hasilatı 6 giqavat olacağı proqnozlaşdırılır
Növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik - Əliyev
İqtisadiyyat 10:26
Növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik - Əliyev
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:46
Azərbaycan nefti bahalaşıb
Avro vo rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:08
Avro vo rubl bahalaşıb - Məzənnə
27 ildən sonra Türkiyə Türkmənistan razılığa gəlib
İqtisadiyyat 22:07
27 ildən sonra Türkiyə Türkmənistan razılığa gəlib
BP şirkətinin mənfəəti açıqlanıb
İqtisadiyyat 13:09
BP şirkətinin mənfəəti açıqlanıb
Banklar dollar alışını artırıb - AMB
İqtisadiyyat 12:25
Banklar dollar alışını artırıb - AMB
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 08:44
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol