Kapital Bank 2024-cü ilin 3-cü rübü üzrə maliyyə nəticələrini elan edib
![Kapital Bank 2024-cü ilin 3-cü rübü üzrə maliyyə nəticələrini elan edib Kapital Bank 2024-cü ilin 3-cü rübü üzrə maliyyə nəticələrini elan edib](https://anews.az/photo/850x500/2024-10/1728904417_kb-iii-rub-951x371.png)
Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 oktyabr 2024-cü il tarixinə 10.3 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5.1 milyard manat olub.
1 oktyabr 2024-cü il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 8 milyard manat təşkil edib. Bankın 1 oktyabr 2024-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 938 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır. Bankın xalis mənfəəti 166 milyon manat olub.
Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)