Bu il qlobal dövlət borcu 100 trilyon dolları keçəcək - BVF
![Bu il qlobal dövlət borcu 100 trilyon dolları keçəcək - BVF Bu il qlobal dövlət borcu 100 trilyon dolları keçəcək - BVF](https://anews.az/photo/850x500/2024-10/1728978424_d4e80b80465f640d30c8cb6abe361534.jpg)
2024-cü il bütün ölkələrin ümumi dövlət borcunun 100 trilyon dolları keçəcəyi gözlənilir ki, bu da qlobal ÜDM-in təxminən 93%-ni təşkil edəcək. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında deyilir.
www.anews.az
"Qlobal dövlət borcunun göstəricisi çox yüksəkdir, 2024-cü ildə onun 100 trilyon dolları keçəcəyi gözlənilir və bu 2030-cu ilin sonuna qədər artacaq. Borcun sabitləşməsi ilə bağlı proqnozu olmayan ölkələr dünya borcunun yarıdan çoxunu və qlobal ÜDM-in təxminən üçdə ikisini təşkil edir. Gələcək borc səviyyələrinin hazırda proqnozlaşdırılandan daha yüksək olacağına inanmaq üçün kifayət qədər əsaslar var. Son onilliklərdə bu barədə siyasi müzakirələr gedir. Büdcə məsələləri getdikcə daha çox dövlət xərclərinə doğru gedir", - hesabatda qeyd olunub.
Apreldə BVF mütəxəssisləri qeyd ediblər ki, bütün ölkələrin dövlət borcunun səviyyəsi 2023-cü ildə "təxminən iki faiz bəndi artaraq ÜDM-in 93,2%-nə çatacaq”.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)