• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Azərbaycanlı mühəndis BP-nin hasilat üzrə baş vitse-prezidenti vəzifəsinə təyin edilib

Azərbaycanlı mühəndis BP-nin hasilat üzrə baş vitse-prezidenti vəzifəsinə təyin edilib
15.10.2024 13:42
 Elxan Məmmədov 2 dekabr 2024-cü il tarixindən BP şirkətinin  hasilat üzrə baş vitse-prezidenti vəzifəsinə təyin edilib, Bu barədə BP  məlumat yayıb.

Yeni vəzifəsində Elxan Məmmədov BP-nin apstrim seqmentində dünya üzrə bütün hasilat işlərinin idarə edilməsinə cavabdeh olacaq. O, hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezident Qordon Birrelin rəhbərliyi altında bp-nin London ofisində çalışacaq.

Hazırda Elxan Məmmədov şirkətin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda hasilat üzrə vitse-prezidentidir. O, bu vəzifədə son bir neçə ildir ki, AGT regionunda bp-nin bütün hasilat işlərinə rəhbərlik edir.

Elxan Məmmədov bp-də fəaliyyətinə 2001-ci ildə nəzarət-ölçü cihazları üzrə texnik vəzifəsi ilə başlayıb. Bundan əvvəl isə o, aviasiya sektorunda işləyib.
 
"BP-də Elxan quruda və dənizdə bir sıra yüksək vəzifələrdə, o cümlədən dəniz platforması meneceri və sahə əməliyyatları üzrə menecer vəzifələrində çalışıb. O, həmçinin AGT üzrə regional prezidentin biznes müşaviri vəzifəsində işləyib. Elxan nəhəng AÇG və Şahdəniz yataqları, dünyanın ən böyük quru terminallarından biri olan Səngəçal terminalı, habelə Azərbaycan, Gürcüstan və Türkiyə əraziləri boyunca uzanan neft və qaz ixrac boru kəmərləri də daxil olmaqla mürəkkəb əməliyyatları uğurla idarə etmək təcrübəsinə malikdir",  -  məlumatda bildirilib.

Elxan Məmmədovun Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin proseslərin avtomatlaşdırılması üzrə magistr dərəcəsi, Massaçusets Texnologiya İnsitutu (MIT) və London Biznes Məktəbinin bir sıra ixtisaslaşmalar üzrə diplomları var.
 
O, Əməliyyatlar üzrə ən yüksək Pol Martins mükafatına layiq görülüb. 

2014-cü ildə ElxanMəmmədov  Azərbaycan Prezidenti tərəfindən ölkənin neft və qaz sənayesinin inkişafına verdiyi əhəmiyyətli töhfələrinə görə "Tərəqqi” medalı ilə təltif olunub. Ailəlidir, üç övladı var. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
27 ildən sonra Türkiyə Türkmənistan razılığa gəlib
İqtisadiyyat 22:07
27 ildən sonra Türkiyə Türkmənistan razılığa gəlib
BP şirkətinin mənfəəti açıqlanıb
İqtisadiyyat 13:09
BP şirkətinin mənfəəti açıqlanıb
Banklar dollar alışını artırıb - AMB
İqtisadiyyat 12:25
Banklar dollar alışını artırıb - AMB
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 08:44
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
İqtisadiyyat 17:47
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
İqtisadiyyat 17:22
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
İqtisadiyyat 15:15
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
İqtisadiyyat 14:03
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol