• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

BTC ilə neft ixracı azalıb

BTC ilə neft ixracı azalıb
15.10.2024 18:25

Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə neft ixracı  2024-cü ilin yanvar-sentyabrında əvvəlki ilin eyni dövründəki 22,7 milyon tondan 21,7 milyon tona qədər azalıb. Bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsi məlumat verib.


Tranzit neftin BTC ilə ötürülmə həcmi isə 3,820 milyon tondan 4,005 milyon tona qədər artıb.


Azərbaycan cari ilin yanvar-sentyabr aylarında BTC vasitəsilə nəql edilən ümumi neft həcminin 75,1%-ni təşkil edib ki, bu da ümumilikdə 28,8 milyon ton olub. Azərbaycanla yanaşı, Qazaxıstan və Türkmənistan da BTC vasitəsilə neft ixrac edir.


BTC kəmərinin ümumi uzunluğu 1.768 kilometrdir və nefti Aralıq dənizinin sahilində yerləşən Türkiyənin Ceyhan limanına çatdırır, oradan isə tankerlərlə daşınır.

 

Kəmərin ötürmə gücü gündə 1,2 milyon barrel neft ixrac etməyə imkan verir. Kəmər layihəsi BTC-nin gücünü gündəlik 2,2 milyon barrelə qədər artırmağa imkan verir.

 

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb

Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
İqtisadiyyat 12:40
Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol