• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

ABB Biz-lə sahibkarların işi yüngülləşir!

ABB Biz-lə sahibkarların işi yüngülləşir!
21.10.2024 11:32
ABB kiçik sahibkarlar üçün yaradılmış ABB Biz tətbiqi haqqında video təqdim edib. Video-da sahibkarların işini yüngülləşdirərək onları əlavə qayğılardan azad edən ABB Biz tətbiqinin kiçik bizneslər üçün yaratdığı böyük imkanlar diqqətə çatdırılır.
 
ABB Biz tətbiqi sadə və gözoxşayan müştəri təcrübəsi ilə kiçik bizneslərin gündəlik bank əməliyyatlarını, əvvəldən sona rəqəmsal kreditləşmələrini, müxtəlif ödəniş alətlərini və hətta həyatlarını asanlaşdıracaq "Beyond banking” həllərini əhatə edir.

Belə ki, fərdi sahibkarlar ABB Biz tətbiqi vasitəsilə qeydiyyatdan keçə, hesab aça, debet kart sifariş edə, sərfəli şərtlərlə və əvvəldən sona tam rəqəmsal təcrübə ilə, girovsuz, zaminsiz kredit ala bilərlər.

ABB Biz tətbiqi kiçik sahibkarlara xüsusilə böyük ehtiyac duyduqları xidmətdən - depozitsiz mobil POS terminaldan istifadə imkanı yaradır. Bundan başqa, istifadəçilər QR kodlar yaradıb ən sərfəli şəkildə ödənişlər apara, eləcə də kodu paylaşıb başqalarından ödənişlər qəbul edə bilərlər.
"E-Mühasibim” həlli ilə tətbiq üzərindən vaxt itirmədən sadələşdirilmiş vergi bəyannaməsi formalaşdırmaq, avtomatik hesablanmış vergi məbləğinin rahat ödənişini həyata keçirmək olar.

ABB Biz tətbiqi ilə sahibkarın öz hesabları arasında, həmçinin bankdaxili və ölkədaxili köçürmələrini həyata keçirmək, büdcə, kommunal, telekommunikasiya ödənişləri etmək imkanı var. Müştəri tətbiq vasitəsilə təyin olunmuş müştəri meneceri ilə əlaqə də qura bilir.
Hazırda ABB Business tətbiqindən istifadə edən sahibkarlar da ABB Biz-ə daxil olaraq bu tətbiqin geniş imkanlarından faydalana bilərlər.
ABB Biz haqqında yeni videonu buradan izləmək olar.

Tətbiqi iOS üçün buradan, Android üçün buradan yükləyə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
27 ildən sonra Türkiyə Türkmənistan razılığa gəlib
İqtisadiyyat 22:07
27 ildən sonra Türkiyə Türkmənistan razılığa gəlib
BP şirkətinin mənfəəti açıqlanıb
İqtisadiyyat 13:09
BP şirkətinin mənfəəti açıqlanıb
Banklar dollar alışını artırıb - AMB
İqtisadiyyat 12:25
Banklar dollar alışını artırıb - AMB
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 08:44
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
İqtisadiyyat 17:47
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
İqtisadiyyat 17:22
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
İqtisadiyyat 15:15
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
İqtisadiyyat 14:03
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol