• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

BP-nin Azərbaycanda neft hasilatı azalıb

BP-nin Azərbaycanda neft hasilatı azalıb
05.11.2024 17:10
2024-cü ilin üçüncü rübündə AÇG-dən ümumi gündəlik hasilat orta hesabla 339 000 barel və ya ümumilikdə təxminən 93 milyon barel, yəni 13 milyon ton təşkil edib. Keçən ilin 9 ayında hasilat 14 milyon ton olub. Bu barədə BPnin bu gün yayımladığı hesabatda bildirilib.  
 
Çıraq  yatağından 23 000 ton, Mərkəzi Azəridən  - 96 500 ton, Qərbi Azəridən - 75 500 ton, Şərqi Azəridən  - 51 000 ton, Dərinsulu Günəşlidən  - 57 400 ton, Qərbi Çıraqdan  - 29 100 ton və ACE dən - 6 500 ton  neft hasil edilib. 
 
Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 147 neft hasilatı quyusu, 47 su injektoru quyusu və səkkiz qaz injektoru quyusu istismarda olub.
 
2024-cü ildə AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanmışdır. Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır. Seysmik məlumat toplama üzrə bu il üçün nəzərdə tutulmuş iş həcmi artıq təhlükəsiz şəkildə və qrafikdən əvvəl tamamlanmışdır; hazırda əldə olunmuş seysmik məlumatların emalı davam edir.
 
Aprelin ortalarında Xəzərdə nəhəng AÇG yatağında quraşdırılmış yeddinci platforma olan yeni ACE platformasından ilk neft əldə olundu.
 
ACE platformasından ilk neft ötən ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib. Platformada hazırda iki quyudan gündə təxminən 19 000 barel neft hasil olunur.
 
Bu ilin sonuna kimi daha bir hasilat quyusunun istismara verilməsi planlaşdırılır ki, bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 000 barelə çatacağı gözlənilir.
 
ACE platforması texnoloji və rəqəmsal baxımdan bp-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Platforma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində yaranan emissiyaları azaltmağa da kömək edir.
 
ACE platformasının təhlükəsiz şəkildə işə salınması 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin müddətinin uzadılmasından sonra AÇG tərəfdaşlarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşmasıdır.
 
N.Təbrizli
 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
27 ildən sonra Türkiyə Türkmənistan razılığa gəlib
İqtisadiyyat 22:07
27 ildən sonra Türkiyə Türkmənistan razılığa gəlib
BP şirkətinin mənfəəti açıqlanıb
İqtisadiyyat 13:09
BP şirkətinin mənfəəti açıqlanıb
Banklar dollar alışını artırıb - AMB
İqtisadiyyat 12:25
Banklar dollar alışını artırıb - AMB
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 08:44
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
İqtisadiyyat 17:47
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
İqtisadiyyat 17:22
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
İqtisadiyyat 15:15
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
İqtisadiyyat 14:03
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol