• $ 1.7
  • € 1.98
  • ₽ 0.022094
  • ₺ 0.04
  • £ 2.266

Neft Fondundakı pullar hara xərclənib? - AÇIQLAMA

Neft Fondundakı pullar hara xərclənib? - AÇIQLAMA
29.01.2014 10:40
Qaçqın və məcburi köçkünlərə 300 milyon manat pul sərf olunub.2013-cü il ərzində Azərbaycanın Dövlət Neft Fondunun (SOFAZ) gəlir və xərclərinə dair məlumat açıqlanıb.Oxu.Az xəbər verir ki, bu barədə məlumat SOFAZ-ın rəsmi saytında yer alıb.Məlumata görə, hesabat dövrü ərzində SOFAZ dövlət büdcəsinə 11 milyard 350 milyon manat vəsait köçürüb.Transferlərdən qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 300 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 173,9 milyon manat vəsait ayrılıb. Məlumatda qeyd olunur ki, SOFAZ həmçinin bir neçə dövlət layihə və proqramlarına görə vəsait  ayırıb.Bunların sırasında “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsi olub. Bu məqsəd üçün Neft Fondundan 25,7 milyon manat vəsait ayrılıb.33 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib.“Star” neft emalı kompleksinin tikintisinə 372,6 milyon manat vəsait sərf edilib.Hesabata görə, 2013-cü il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 47,5 milyon manat təşkil edib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR və MVM 2026-dan qüvvəyə minəcək qaz sazişi ilə enerji tərəfdaşlığını genişləndirir
İqtisadiyyat 16:11
SOCAR və MVM 2026-dan qüvvəyə minəcək qaz sazişi ilə enerji tərəfdaşlığını genişləndirir
Azərbaycanda 11 ayda 57 milyard manatlıq sənaye məhsulu istehsal edilib
İqtisadiyyat 14:55
Azərbaycanda 11 ayda 57 milyard manatlıq sənaye məhsulu istehsal edilib
On bir ayda əsas kapitala nə qədər investisiya qoyulub?
İqtisadiyyat 14:14
On bir ayda əsas kapitala nə qədər investisiya qoyulub?
Orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 13:52
Orta aylıq əməkhaqqı artıb
Bir ekosistemi ötən ayı yeniliklərlə başa vurdu
İqtisadiyyat 13:24
Bir ekosistemi ötən ayı yeniliklərlə başa vurdu
İlin son faizini qaçırmayın!
İqtisadiyyat 13:19
İlin son faizini qaçırmayın!
ABB bu dəfə səhiyyə sektorunu araşdırdı!
İqtisadiyyat 13:11
ABB bu dəfə səhiyyə sektorunu araşdırdı!
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -SİYAHI
İqtisadiyyat 12:45
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -SİYAHI

100-dən artıq Türkiyə şirkəti Qarabağda layihələrdə iştirak üçün müraciət edib- Tural Hacılı
İqtisadiyyat 12:05
100-dən artıq Türkiyə şirkəti Qarabağda layihələrdə iştirak üçün müraciət edib- Tural Hacılı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol