• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Qazaxıstan BTC ilə neft ixracını 13 dəfə artıracağını bildirib

Qazaxıstan BTC ilə neft ixracını 13 dəfə artıracağını bildirib
25.11.2024 09:59

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə neft ixracnı  ildə 20 milyon  tona qədər artırmağı nəzərdən keçirir.  Reuters verdiyi məlumata görə bu barədə həmin ölkənin energetika naziri Almasadam Satkaliyev  bildirib. 

 

Hazırda BTC ilə 1,5 milyon ton neft ixrac edilir.

 

2024-cü ilin yanvar-oktyabrında BTC vasitəsilə tranzit neftin nəqli illik müqayisədə 4,270 milyon tondan 4,475 milyon tona qədər artıb.


Cəmi isə bu kəmərlə bu ilin ilk 10 ayında 25,2 milyon ton neft ixrac edilib. Keçən ilin eyni dövründə bu göstərici 24,2 milyon ton olub.  Bu cəmi ixracın 75,3%-i təşkil edir. 

 

Bu ilin ilk 10 ayında Azərbaycan neft kəmərləri ilə  32,1 milyon ton neft nəql edilib. 

Nefti Aralıq dənizinin sahilində yerləşən Türkiyənin Ceyhan limanına çatdıraraq tanker partiyaları ilə ixrac edən BTC boru kəmərinin ümumi uzunluğu 1.768 kilometr təşkil edir.

 

Boru kəmərinin gücü gündə 1,2 milyon barrel neft ixrac etməyə imkan verir. BTC-nin layihə gücü neft ixracını  gündə 2,2 milyon barrelə qədər artırmağa imkan verir.

 

N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Avropa İttifaqı  və Ukrayna Rusiya qazına alternativləri müzakirə edir
İqtisadiyyat 19:03
Avropa İttifaqı və Ukrayna Rusiya qazına alternativləri müzakirə edir
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:09
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Əhalinin bankarda nə qədər əmanəti var? - Rəsmi
İqtisadiyyat 15:53
Əhalinin bankarda nə qədər əmanəti var? - Rəsmi
Son bir ayla müqayisədə ÜDM 2 milyard manatdan çox artıb
İqtisadiyyat 12:53
Son bir ayla müqayisədə ÜDM 2 milyard manatdan çox artıb
On ayda əsas kapitala qoyulan investisiya azalıb
İqtisadiyyat 12:44
On ayda əsas kapitala qoyulan investisiya azalıb
Azərbaycan neft hasilatını azaldıb, qaz ixracını artırıb
İqtisadiyyat 21:40
Azərbaycan neft hasilatını azaldıb, qaz ixracını artırıb
Son on ildə Azərbaycanda inflyasiya orta hesabla 5.5% təşkil edib -  Fitch
İqtisadiyyat 18:04
Son on ildə Azərbaycanda inflyasiya orta hesabla 5.5% təşkil edib - Fitch
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb
İqtisadiyyat 17:43
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol