• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Unibank ətraf mühitə dəstək məqsədi ilə 500 ağac əkib

Unibank ətraf mühitə dəstək məqsədi ilə 500 ağac əkib
03.12.2024 17:54
Öz fəaliyyətində ESG (Ekoloji, Sosial və İdarəetmə) prinsiplərini rəhbər tutan Unibank,  ölkəmizin "təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilmək” milli prioritetinin dəstəklənməsi baxımından daha bir addım atıb. Bank tərəfindən Müşfiqabad ərazisində 500 ağac əkilib. Bank əməkdaşları 1 hektara yaxın ərazidə Eldar şamı və Zeytun tinglərinin əkinini həyata keçiriblər. Ağacəkmə aksiyasına "Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilati dəstək verilib.

Hər iki ağac növü hava keyfiyyətinin yaxşılaşdırılması və ətraf mühitə təsiri baxımından əhəmiyyətli qiymətləndirilir. Belə ki, bir zeytun fidanı ildə təxminən 1-5 kq və bir Eldar şamı fidanı isə 1-4 kq karbon udur.Yetkin mərhələdə bu sayda zeytun və şam ağacları ildə 6-8 ton və daha çox karbon udma potensialına malikdirlər.

Yeni inkişaf strategiyasına uyğun olaraq, Unibank tərəfindən iqlim dəyişmələrinin mitiqasiyası istiqamətində yaşıl layihə maliyyələşdirilmələri aparılır. Bank tərəfindən artıq müstəqil beynəlxalq qiymətləndirici tərəfindən yaşıl maliyyələşmə meyarlarına uyğun istiqrazların buraxılışı həyata keçirilib. Yaşıl layihələrin maliyyələşdirilməsi məqsədilə buraxılmış bu istiqrazlar, iqlim dəyişmələrinin mitiqasiyası üzrə tədbirləri dəstəkləməklə, dayanıqlı maliyyələşmənin və "yaşıl artım”ın təmin edilməsinə töhfə verilməsini hədəfləyir. 

Unibank- Sənin Bankın!



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BP şirkətinin mənfəəti açıqlanıb
İqtisadiyyat 13:09
BP şirkətinin mənfəəti açıqlanıb
Banklar dollar alışını artırıb - AMB
İqtisadiyyat 12:25
Banklar dollar alışını artırıb - AMB
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 08:44
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
İqtisadiyyat 17:47
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
İqtisadiyyat 17:22
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
İqtisadiyyat 15:15
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
İqtisadiyyat 14:03
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol