• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Dövlət sektorunda muzdla işləyənlərin sayı azalıb, özəl sektorda isə bu say artıb

Dövlət sektorunda muzdla işləyənlərin sayı azalıb, özəl sektorda isə bu say artıb
12.12.2024 13:20
2024-cü ilin on ayında ölkədə muzdla işləyənlərin sayı 1773,3  min nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
Muzdla çalışanların  881,7 min nəfəri dövlət,  891,6 min nəfəri isə özəl sektorun payına düşüb. 
 
"Muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,4 faizi təhsil, 12,8 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 15,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.", - açıqlamada deyilir. 
 
Bundan əvvəl deputat Ziyafət Əsgərov bildirib ki, MDB məkanında Azərbaycan muzadla işləyənlərin sayına görə axırıncı yerlərdən birini tutur. 
 
Dövlət Vergi Xidmətinin son açıqlamasına görə, Son beş ildə Azərbaycanda əmək müqavilələrinin sayında 482 194  vahid artım olub. 
 
Son 5 ildə ölkədə qeydə alınan əmək müqavilələrinin sayı 1 884 109 min olub. 
 
İyunda Milli Məclisin deputatı Vüqar Bayramov söyləyib ki, hazırda  ölkədə 65% insan əmək müqaviləsi olmadan çalışır. 
 
Deputat təklif edib ki, muzdlu işçilərin sayını artırmaq lazımdır. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BP şirkətinin mənfəəti açıqlanıb
İqtisadiyyat 13:09
BP şirkətinin mənfəəti açıqlanıb
Banklar dollar alışını artırıb - AMB
İqtisadiyyat 12:25
Banklar dollar alışını artırıb - AMB
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 08:44
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
İqtisadiyyat 17:47
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
İqtisadiyyat 17:22
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
İqtisadiyyat 15:15
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
İqtisadiyyat 14:03
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol