• $
  • £

Kapital Bank-ın dollar istiqrazlarına abunə yazılışı yekunlaşdı

Kapital Bank-ın dollar istiqrazlarına abunə yazılışı yekunlaşdı
28.01.2025 11:12
Xəbər verdiyimiz kimi 8 yanvar 2025-ci il tarixində Kapital Bank-ın 25 000 000 (iyirmi beş milyon) ABŞ dolları həcmində subordinasiya istiqrazlarının abunə yazılışına start verilib. İstiqrazları 10 yanvar 2025-ci il tarixindən etibarən 12 gün ərzində Kapital Bank filiallarından əldə etmək mümkün olub. Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 24 yanvar 2025-ci il tarixində yekunlaşıb.

120 investorun iştirak etdiyi yerləşdirmədə ümumi sifarişlərin həcmi 25 milyon ABŞ dolları olub. İstiqrazların nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 7%, faiz ödəniş dövrü hər 30 gündən bir, tədavül müddəti isə 7 il təşkil edir. Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Kapital Bank-ın dollar istiqrazlarını əldə edən hər kəs illik gəlirini nə az, nə çox 7% artıra bilər. Maliyyə bazarının bu unikal təklifi müştərilərə aylıq gəlir qazandırır. Qeyd edək ki, istiqrazlar üzrə faiz ödənişləri vergidən azaddır. Eyni zamanda istiqrazların abunə yazılışı ilə bağlı bütün komissiyalar bank tərəfindən ödənilir.

Ərtaflı məlumat üçün: https://kbl.az/ib  
Xatırladaq ki, 2024-cü ildə Kapital Bank-ın ümumi həcmi 145 milyon ABŞ dolları və 100 milyon manat olmaqla 7 istiqraz emissiyası baş tutub. Eyni zamanda bank ötən il ilk dəfə olaraq filiallarda da istiqrazların abunə yazılışını həyata keçirməyə nail olub. Ümumilikdə 450-dən çox investorun iştirak etdiyi abunə yazılışlarında fiziki şəxslər öz aktivlikləri ilə seçiliblər. Bankın istiqrazları təkrar bazarda da aktiv ticarət olunub. Ötən il ərzində investorlar arasında 52 milyon manatdan çox ticarət aparılıb.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb

Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
İqtisadiyyat 12:40
Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
İqtisadiyyat 11:41
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb

Əmtəə bazarlarında qızılın qiyməti aşağı enib
İqtisadiyyat 10:35
Əmtəə bazarlarında qızılın qiyməti aşağı enib

“Brent” neftinin qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:28
“Brent” neftinin qiyməti ucuzlaşıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 10:13
Nyu-York birjasında təbii qazın qiyməti artıb
Rusiya neft sanksiyalarının yumşaldılmasından 2 milyard dollar qazanacaq
İqtisadiyyat 22:01
Rusiya neft sanksiyalarının yumşaldılmasından 2 milyard dollar qazanacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol