“Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!”: indi səyahət daha rahat və sərfəlidir
![“Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!”: indi səyahət daha rahat və sərfəlidir “Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!”: indi səyahət daha rahat və sərfəlidir](https://anews.az/photo/850x500/2025-02/1738822385_milesdarkcard_1x1.png)
Birbank
Private müştərilərinə eksklüziv xidmətlər və unikal imtiyazlar təklif etməyə
davam edir. Belə ki, Birbank Private, PAŞA Travel və Visa şirkəti ilə əməkdaşlıq
çərçivəsində Birbank Miles Dark kartına əlavə edilən yeniliklərlə səyahəti sevənlərə
daha rahat və sərfəli istirahət imkanları təqdim edir.
Birbank
Miles Dark istifadəçiləri artıq PAŞA Travel-dən keçən ödənişlərdə topladıqları
milləri yalnız aviabiletlər üçün deyil, həm də otellərin, turların
rezervasiyası, CİP/VİP zallara giriş, sürətli keçid, visa dəstəyi və avtomobil
icarəsi kimi səyahət xidmətləri üçün də istifadə edə biləcəklər. Kart öz sahiblərinə
Abu Dabi, Dubay və digər şəhərlərdə premium transfer xidmətlərindən, endirimlərdən
və səyahətlə bağlı konsultasiyalardan yararlanmaq şansı da yaradır.
Yeniliklərdən
biri də müştərilərin istifadəsinə verilən hədiyyə kartlarıdır. Birbank
Private-in bütün imkanlarını özündə birləşdirən və keşbek və ya millər şəklində
təklif olunan "Visa Infinite” kartlarını müştərilər öz yaxınlarına hədiyyə edə
biləcəklər.
Bundan
başqa Birbank Private müştəriləriləri Visa konsyerjin imtiyazlarından
yararlanmaqla yanaşı öz şəxsi menecerlərinə müraciət edərək assistent xidməti
ilə bu imtiyazları sifariş edə bilərlər. Bu xidmət müştərilərə transfer, sürətli
keçid, CİP zallarına kimi bir çox xidmətlərdən onlayn istifadə üstünlüyü
qazandırır.
Qeyd
edək ki, bütün bu yeniliklər "Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!”
şüarı altında keçirilən tədbirdə müştərilərə təqdim olunub. Tədbir Birbank-ın
İdarə Heyətinin üzvü Fərid Hidayətzadənin açılış nitqindən sonra, PAŞA Travel şirkətinin
Gəlirlər üzrə Baş Direktoru Rüfət Bağırov, Visa-nın Azərbaycanda baş direktoru
və regional meneceri Nurlan Hacıyev və brend səfiri Andrey Burlutskinin təqdimatları
ilə davam edib. Tərəflər məhsulun üstünlükləri haqqında qonaqlara ətraflı məlumat
verərək onların suallarını cavablandırıblar. Tədbirdə həmçinin, Birbank
Private-in yeni filialının müştərilərin istifadəsinə verilməsi haqqında da məlumat
verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)