• $ 1.7
  • € 1.7647
  • ₽ 1.7571
  • ₺ 0.0472
  • £ 2.1127

Bank Respublika və Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq memorandumu imzalanıb

Bank Respublika və Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq memorandumu imzalanıb
06.02.2025 12:20
Bank Respublika Bakı Ali Neft Məktəbi ilə - ƏMƏKDAŞLIĞA BAŞLADI
 
Ölkəmizdə təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan Bank Respublika və respublikamızın qabaqcıl ali təhsil ocaqlarından biri olan Bakı Ali Neft Məktəbi (BANM) arasında əməkdaşlıq barədə memorandum imzalanıb.
 
Memorandum "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və BANM-in rektoru Elmar Qasımov tərəfindən imzalanıb. İmzalama mərasimində hər iki qurumdan nümayəndələr, eləcə də təhsil ocağının tələbələri iştirak ediblər.
 
Bu əməkdaşlıq hər iki tərəfə yeni imkanlar yaradacaq. Bank Respublika üçün bu, gənc, yaradıcı və potensiallı mütəxəssislərlə birbaşa əlaqə qurmaq, onların bilik və bacarıqlarını erkən mərhələdə dəyərləndirmək imkanıdır. Digər tərəfdən, Bakı Ali Neft Məktəbinin tələbələri real iş mühiti ilə tanış olmaq, praktiki bilik və təcrübə qazanmaq, bank sahəsindəki yenilikləri birbaşa öyrənmək şansı əldə edəcəklər.
 
Memorandum çərçivəsində tərəflər arasında birgə layihələrin həyata keçirilməsi, tələbələr üçün təcrübə proqramlarının təşkil olunması, Bank Respublika-nın mütəxəssisləri tərəfindən təlim və seminarların keçirilməsi, eləcə də gənc mütəxəssislərin peşəkar inkişafına dəstək göstərilməsi nəzərdə tutulur.
 
Müəllim və tələbə heyəti qarşısında çıxış edən Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib: "Biz təhsilin inkişafını və gənclərin dəstəklənməsini strateji prioritetlərimizdən biri hesab edirik. Bakı Ali Neft Məktəbi, təhsil sahəsində yenilikçi yanaşmaları, elmi tədqiqatlara verdiyi dəstək ilə tanınır. Bu məktəb, gənc ixtisas sahiblərinin beynəlxalq standartlara uyğun şəkildə hazırlanmasında, onlara analitik düşüncə bacarıqları, liderlik qabiliyyətləri aşılamaqda əvəzsiz rol oynayır. Biz bu əməkdaşlığı sadəcə bir memorandum kimi yox, uzunmüddətli və perspektivli bir tərəfdaşlıq kimi qiymətləndiririk. Biz inanırıq ki, bu cür təşəbbüslər gənclərin peşəkar bacarıqlarının inkişafına dəyərli töhfə verəcək və onların gələcəyin uğurlu liderləri kimi formalaşmasına şərait yaradacaqdır.”

BANM-in rektoru Elmar Qasımov da öz növbəsində bildirib: "Bank Respublika kimi aparıcı və nüfuzlu maliyyə qurumu ilə əməkdaşlıq tələbələrimiz üçün unikal imkanlar yaradacaq. Bankın sosial məsuliyyət layihələrinə verdiyi önəm, xüsusilə təhsilin dəstəklənməsi istiqamətində atdığı addımlar təqdirəlayiqdir. Biz inanırıq ki, bu əməkdaşlıq tələbələrimizə yalnız nəzəri bilikləri praktik bacarıqlarla birləşdirmək deyil, həm də Bank Respublika kimi dinamik və peşəkar mühitdə çalışaraq gələcək karyeralarına güclü bir əsas yaradacaq. Bu, həm də tələbələrimizə real iş proseslərini yaxından müşahidə etmək və özlərini inkişaf etdirmək üçün geniş imkanlar açacaq.”

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 08:44
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
İqtisadiyyat 17:47
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
İqtisadiyyat 17:22
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
İqtisadiyyat 15:15
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
İqtisadiyyat 14:03
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - Məzənnə
“Neft Daşları”nda sızma olub - “Azneft”dən açıqlama
İqtisadiyyat 21:06
“Neft Daşları”nda sızma olub - “Azneft”dən açıqlama
Unibank işğaldan azad edilmiş ərazilərimizə ilk güzəştli biznes krediti ayırıb
İqtisadiyyat 17:51
Unibank işğaldan azad edilmiş ərazilərimizə ilk güzəştli biznes krediti ayırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol