• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

Unibank işğaldan azad edilmiş ərazilərimizə ilk güzəştli biznes krediti ayırıb

Unibank işğaldan azad edilmiş ərazilərimizə ilk güzəştli biznes krediti ayırıb
07.02.2025 17:51
Unibank Sahibkarlığın İnkişafı Fondunun (SİF) "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi” çərçivəsində ilk kreditini ayırıb. "Unibank”ın təqdim etdiyi zəmanətli və güzəştli biznes krediti sayəsində, "AS İstehsal” MMC Ağdam rayonu, Ağdam Sənaye Parkında beton məmulatları istehsalı sahəsinin təşkilinə başlayıb. Ümumi dəyəri 5,5 milyon manatdan çox olan layihənin xeyli hissəsi SİF vəsaiti hesabına Unibak KB tərəfindən ayrılan 3 milyon manatlıq güzəştli kreditlə həyata keçiriləcək. İnvestisiya proqramı üzrə 65 yeni iş yerinin açılması planlaşdırılır.

"Unibank KB” ASC-nin Biznes Bankçılığı üzrə Baş Direktoru Tahir Qəribov bildirib ki, azad edilən torpaqlarımızda biznes fəaliyyətinin dəstəklənməsində yaxından iştirak qürurvericidir: "Real sektora dəstək "Unibank”ın yeni strateji hədəflərində xüsusi yer tutur. İstər paytaxtda, istərsə də regionlarımızda minlərlə sahibkara dəstək olaraq, bizneslərini böyütməsində yaxından iştirak etmişik. Bu fəaliyyətdə "Unibank”ın SİF vəsaiti hesabına ayırdığı güzəştli kreditlər də sahibkarlar üçün böyük əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən sahibkarlara dəstək isə hər bir maliyyə qurumu üçün fəxrdir. Biz, Unibank olaraq bu istiqamətdə ilk kreditimizi ayırdığımız üçün çox şadıq. Təbii ki bu proses davam edəcək. Bu il ərzində də Sahibkarlığın İnkişaf Fondunun  "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində bir neçə layihənin maliyyələşdirilməsi planlaşdırılır”.
 
"AS İstehsal” MMC-nin direktoru Səbuhi Məmmədov isə ayrılan güzəştli kreditin layihənin sürətlə icrasına təkan verdiyini bildirib: "  "AS İstehsal” MMC uzun illərdir keyfiyyətli əmtəə betonu, metal karkas, dəmir-beton məhsulları, səki və döşəmə daşları, habelə divar blokları istehsal edərək, Azərbaycanın tikinti materialları bazarında xüsusi yer tutur. Ağdam Sənaye Parkı ərazisində inşa etdiyimiz beton məmulatlarının istehsalat bazası işğaldan azad edilmiş ərazilərin yenidən bərpasında mühüm rol oynayacaq. Uzun illərin istehsalat təcrübəsinin davamı olaraq, yeni istehsal ediləcək məhsullar çox yüksək keyfiyyətə malik olacaq.
 
İstehsalat bazasının uyğun lokasiyada olması, şəhər və qəsəbələrin tez bir zamanda abadlaşdırlmasına kömək edəcək. Layihənin istehsalat sahələri bu il fevralın sonunadək, inzibati binaların inşası isə aprelin axırlarında yekunlaşacaq. Unibank tərəfindən ayrılmış kredit layihəmizin vaxtında icra edilməsinə böyük tövhə vermiş oldu”.
 
Unibank Sahibkarlığın İnkişafı Fondunun ilk müvəkkil bankları sırasındadır və hazırda Fondun layihələrində aktiv iştirak edir. SİF-lə əməkdaşlıq çərçivəsində bank sahibkarlara dövlət zəmanətli, güzəştli kreditlərin ayrılmasını davam etdirir.

"Unibank”ın digər biznes krediti məhsulları və xidmətlərindən  filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, 16 saylı, "Dərnəgül”, "Yasamal”, "Nərimanov”, "Neftçilər”, "Əhmədli”, "Rəqəmsal”, "Əcəmi” filialları, "Unibank- biznes mərkəzi”, "Sədərək” Biznes Mərkəzi” eləcə də "Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  bankın saytından (https://www.unibank.az/az/corporate/index ) əldə etmək olar.
Unibank- Sənin Bankın! 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi dayandırılıb
İqtisadiyyat 12:13
Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi dayandırılıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 11:21
Qızılın qiyməti bahalaşıb
Aktiv vergi ödəyicilərinin sayı artıb
İqtisadiyyat 10:50
Aktiv vergi ödəyicilərinin sayı artıb
ABŞ hökumətinin xərcləri fevralda rekord həddə çatıb
İqtisadiyyat 10:50
ABŞ hökumətinin xərcləri fevralda rekord həddə çatıb
"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmanı artırıb
İqtisadiyyat 10:24
"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmanı artırıb
İki ayda Avropaya 2 milyard kubmetrə yaxın qaz ixrac edilib
İqtisadiyyat 10:08
İki ayda Avropaya 2 milyard kubmetrə yaxın qaz ixrac edilib
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:23
Azərbaycan nefti bahalaşıb
Курсы валют Центрального банка Азербайджана
İqtisadiyyat 09:20
Курсы валют Центрального банка Азербайджана
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol