• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

Ötən il ölkədə kondensat hasilatı bu qədər olub

Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
10.02.2025 17:22

2024-cü ildə ölkə ərazisində 5 milyon 292,34 min ton kondensat hasil edilib,  bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,7 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə ölkədə neft hasilatının ümumi həcmində kondensatın payı 18,2 %, neftin payı 81,8 % - 23 milyon 770,67 min ton təşkil edib.

2024-cü ildə Azərbaycanda 29 milyon 63,01 min ton neft (kondensatla birlikdə) hasil edilib ki, bu da 2023-cü illə müqayisədə 3,6 % azdır.

2024-cü ilin ilk 3 ayında   ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 20 milyard standart kubmetr qaz və 3 milyon tondan çox (təqribən 26 milyon barel) kondensat hasil edilib. Keçən ilin uyğun dövründə bu göstərici 20 milyard standart kubmetr qaz və 3 milyon tondan çox (təqribən 27 milyon barel) kondensat təşkil edib.  Bu barədə BP yaydığı hesabatda bildirilib.  

"Şahdəniz"də : bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%) şirkətləri paya malikdir. 

2024-cü ilin üçüncü rübündə Şahdəniz 2 layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından üçüncü quyunun işə salınması istiqamətində irəliləyib.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi dayandırılıb
İqtisadiyyat 12:13
Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi dayandırılıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 11:21
Qızılın qiyməti bahalaşıb
Aktiv vergi ödəyicilərinin sayı artıb
İqtisadiyyat 10:50
Aktiv vergi ödəyicilərinin sayı artıb
ABŞ hökumətinin xərcləri fevralda rekord həddə çatıb
İqtisadiyyat 10:50
ABŞ hökumətinin xərcləri fevralda rekord həddə çatıb
"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmanı artırıb
İqtisadiyyat 10:24
"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmanı artırıb
İki ayda Avropaya 2 milyard kubmetrə yaxın qaz ixrac edilib
İqtisadiyyat 10:08
İki ayda Avropaya 2 milyard kubmetrə yaxın qaz ixrac edilib
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:23
Azərbaycan nefti bahalaşıb
Курсы валют Центрального банка Азербайджана
İqtisadiyyat 09:20
Курсы валют Центрального банка Азербайджана
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol