• $ 1.7
  • € 1.7732
  • ₽ 1.8979
  • ₺ 0.0468
  • £ 2.1411

Azərbaycan üçün cari geosiyasi vəziyyətin əsas nəticələri açıqlanıb

Azərbaycan üçün cari geosiyasi vəziyyətin əsas nəticələri açıqlanıb
17.02.2025 12:33

Azərbaycan üçün cari geosiyasi vəziyyətin əsas nəticələri inflyasiya, beynəlxalq hesablaşmaların transformasiyası, rəqəmsal aktivlər və milli valyutalardan istifadənin artması, həmçinin beynəlxalq tənzimləyici tələblərə uyğunluğun vacibliyidir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Ər-Riyadda keçirilən "İqtisadiyyatı inkişaf etməkdə olan ölkələr üçün Əl-Ula" adlı konfransda bildirib.

Kazımovun sözlərinə görə, qlobal inflyasiya və onun Azərbaycan iqtisadiyyatına təsiri ən önəmli amillərdən biridir.

"2022-ci ilin oktyabrında ölkədə inflyasiya 15,6 %-lə pik həddə çatıb, lakin 2024-cü ilin sonuna 4,9 %-ə qədər azalıb. Davam edən qeyri-müəyyənliyə baxmayaraq, bu il inflyasiyanın 5,5 %, gələn il isə 3,8 % səviyyəsində olacağını proqnozlaşdırırıq. Ümumilikdə, inflyasiya Mərkəzi Bankın hədəf diapazonundadır (4 % ± 2 %)", - AMB sədri qeyd edib.

O, inflyasiya təzyiqinin əsas səbəbi kimi qeyri-neft sektorunda ÜDM-in 21,8 %-ni təşkil edən ticarət kəsiri ilə şərtlənən idxal inflyasiyasını göstərib. "Son üç ildə ticarət tərəfdaşlarımızda orta illik inflyasiya 11-15,8 % arasında dəyişib. Manatın sabit məzənnə rejimi və onun nominal effektiv məzənnəsinin ildə 13 % möhkəmlənməsi sayəsində inflyasiya təzyiqini məhdudlaşdıra bilmişik", - Taleh Kazımov vurğulayıb.

O, ikinci mühüm amil kimi qonşu ölkələrə qarşı məhdudiyyətlər də daxil olmaqla, sanksiyaların tətbiqi ilə bağlı beynəlxalq hesablaşmalar sisteminin transformasiyasını qeyd edib. "Əvvəllər ABŞ dolları xarici ticarətimizdə dominant mövqe tuturdu və hesablaşmaların təxminən 90 %-ni təmin edirdi. Lakin indi biz beynəlxalq ödənişlərdə milli valyutalardan istifadənin artmasını, həmçinin rəqəmsal aktivlərə, o cümlədən kriptovalyutalara marağın güclənməsini müşahidə edirik", - AMB sədri bildirib.

Bu dəyişikliklərə cavab olaraq Azərbaycan rəqəmsal aktivlərin tənzimlənməsi üçün normativ-hüquqi bazanın işlənib hazırlanmasını sürətləndirib ki, bu da şəffaflığın artırılmasına və risklərin azaldılmasına töhfə verəcək.

Kazımov həmçinin vurğulayıb ki, Azərbaycan maliyyə sektorunun tənzimlənməsi, xüsusilə çirkli pulların yuyulmasına qarşı mübarizə (AML) və komplayns sahələrində əhəmiyyətli irəliləyiş əldə edib. "Biz maliyyə bazarının stimullaşdırılması və beynəlxalq tələblərə riayət edilməsi arasında balansı qorumağa çalışırıq. Bu islahatlar nəticəsində Azərbaycan banklarının, xüsusilə ABŞ-dəki müxbir şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib", - o qeyd edib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB-nin tərəfdaşlığı ilə İlin İş Adamı seçildi!
İqtisadiyyat 17:33
ABB-nin tərəfdaşlığı ilə İlin İş Adamı seçildi!
Yelo Bank принял участие в Агробизнес-фестивале
İqtisadiyyat 15:50
Yelo Bank принял участие в Агробизнес-фестивале
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:55
Azərbaycan nefti bahalaşıb
Цена азербайджанской нефти приблизилась к 79 долларам
İqtisadiyyat 09:40
Цена азербайджанской нефти приблизилась к 79 долларам
Unibank kartınızla daha çox keşbek qazanın!
İqtisadiyyat 16:23
Unibank kartınızla daha çox keşbek qazanın!
Ağdamda ikinci yaşayış kompleksində 1268 mənzil olacaq
İqtisadiyyat 15:23
Ağdamda ikinci yaşayış kompleksində 1268 mənzil olacaq
Ölkədə günəş elektrik stansiyalarında istehsal həcmi açıqlanıb
İqtisadiyyat 14:34
Ölkədə günəş elektrik stansiyalarında istehsal həcmi açıqlanıb
Bakıda kimya sənayesində istehsalın həcmi artıb
İqtisadiyyat 14:17
Bakıda kimya sənayesində istehsalın həcmi artıb
Ötən il külək elektrik stansiyalarında istehsal həcmi azalıb
İqtisadiyyat 13:33
Ötən il külək elektrik stansiyalarında istehsal həcmi azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol