Naxçıvanda 550 "ASAN İmza" sertifikatı verilib

2024-cü ilin yanvarında Naxçıvanda 550 "ASAN İmza" sertifikatı verilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 45,6 % azdır. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, "ASAN İmza"lar 318 müraciət üzrə təqdim olunub ki, bu da 1 il əvvələ nisbətən 41,4 % azdır.
Cari ilin yanvarında Azərbaycanda 46 326 "ASAN İmza" elektron imza sertifikatı verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % azdır.
Sertifikatlar 3 il etibarlıdır.
Aytac