Azərbaycan yanvarda nə qədər qaz ixrac edib? - Rəsmi

Bu ilin yanvarında Azərbaycandan 2 milyard 338 milyon 620,78 min kubmetr həcmində təbii qaz ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,05% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
İxrac olunan təbii qazın təbii dəyəri 870 milyon 82,68 min ABŞ dolları təşkil edib.
Azərbaycan 2024-cü ildə Avropaya qaz ixracını əvvəlki ilin 11,8 milyard kubmetrindən 12,9 milyard kubmetrə qədər artırıb.
Ümumilikdə qaz ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,8 milyard kubmetrdən 25,2 milyard kubmetrə qədər artıb.
Ölkədə qaz hasilatı 2024-cü ildə 2023-cü ildəki 48,3 milyard kubmetrdən 50,3 milyard kubmetrə qədər artıb.
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, 2022-ci ildən etibarən Azərbaycanın qaz ixracının coğrafiyasında ciddi dəyişikliklər baş verib. Əgər əvvəl Azərbaycan qazını 4 ölkə alırdısa indi onların sayı 12ə kimi artıb.
Gülnar Nazimqızı