Ötən ay istehsal olunan avtomobillərin sayı açıqlanıb

2025-ci ilin yanvarında ölkədə 235 ədəd minik avtomobili, 8 ədəd isə yük avtomobili istehsal edilib.Bu da ötən ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 42.1%, yük avtomobili istehsalı isə 87.3% azdır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabat dövründə ölkədə 46 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.1% azdır.
Ötən il ölkədə 5998 ədəd minik avtomobili, 697 ədəd isə yük avtomobili istehsal edilib.
Azərbaycan 2023-cü ilin doqquz ayında 2001 ədəd avtomobil ixrac edib.
Doqquz ay ərzində ixrac olunan minik avtomobillərinin sayı 1 942 olub.
Bundan başqa Azərbaycan 45 ədəd yük avtomobili, 14 ədəd xüsusi təyinatlı avtomobil ixrac edib.
Azərbaycanın ixrac etdiyi bütün avtomobillərin ümumi dəyəri 115,6 milyon dollar olub.
İxrac olunan avtomobillərin 536 ədədini Qazaxıstan, 447 ədədini Qırğızıstan, 427 ədədini Rusiya, 329 ədədini Birləşmiş Ərəb Əmirliyi, 124 ədədini Gürcüstan alıb.
Aytac