Qarabağda yeni kiçik sahibkarlıq subyektlərinin sayı artıb

2024-cü ildə işğaldan azad edilmiş ərazilərində 23 yeni kiçik sahibkarlıq subyekti yaradılıb, bu da 2023-cü illə müayisədə 35,3 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ötən ilin sonuna ölkə üzrə fəaliyyət göstərən 212 705 kommersiya təşkilatlarının 5,7 %-i və yaxud 12 026-sı mikro sahibkarlıq subyeki olub. Bu, əvvəlki ilin sonuna nisbətən 2 317 vahid və yaxud 23,9 % çoxdur.
2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və yaxud gəlir vergisindən 3 il müddətinə azad edir. Azərbaycanda innovativ sahibkarlığın inkişafı, startapların ideyalarının və startap ekosisteminin inkişafına dəstək məqsədilə Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə “Startapın müəyyən olunması meyarları” təsdiq edilib. Qərara əsasən “Startap” şəhadətnaməsini 2021-ci ilin may ayından KOBİA verir.
Aytac