Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi artıb

2024-cü ilin yanvarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 108,969 milyon ABŞ dolları təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 % çoxdur. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,4 % təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 13 % artaraq 46,240 milyon ABŞ dolları, Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 14,9 % artaraq 62,729 milyon ABŞ dolları (ümumi idxalın 3,9 %-i) olub.
Ötən ilin yanvar-noyabrında Azərbaycan xarici ölkələrlə 43,1 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən 4,2 milyard ABŞ dolları və ya 8,9% azdır.
Xarici ticarət dövriyyəsinin 24,3 milyard ABŞ dolları ixracın, 18,7 milyard ABŞ dolları isə idxalın payına düşüb. 2023-cü ilin ilk 11 ayı ilə müqayisədə ixrac 7,1 milyard ABŞ dolları və ya 22,8% azalıb, idxal isə 2,9 milyard ABŞ dolları və ya 18,7% artıb.
Nəticədə, xarici ticarətdə 5,5 milyard dollarlıq müsbət saldo yaranıb. Bu isə illik müqayisədə 10,1 milyard ABŞ dolları və ya 2,8 dəfə azdır.
Aytac
Son xəbərlər
Daha çox 