• $ 1.7
  • € 1.7732
  • ₽ 1.8979
  • ₺ 0.0468
  • £ 2.1411

Ötən il külək elektrik stansiyalarında istehsal həcmi azalıb

Ötən il külək elektrik stansiyalarında istehsal həcmi azalıb
20.02.2025 13:33

2024-cü ilin yanvarında ölkədə külək enerjisi ilə işləyən stansiyalar 2,6 milyon kVt-saat elektrik enerjisi istehsal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 milyon kVt-saat və ya 54,4% azdır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar ayında 342,9 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Azərbaycanın 2027-ci ilə qədər olan hədəfi 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. Bunu  Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib. 

Prezident bildirib ki, 2030-cu ilə qədər isə bu hədəf 6 giqavat olacaq. Bu da Azərbaycanda enerji sahəsində bir inqilab hesab ediləcək.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti Azərbaycanda inşa edəcəyi 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş elektrik stansiyaları və 240 MVt gücündə Abşeron-Qaradağ külək elektrik stansiyası 2026-cı ildə istifadəyə veriləcək. Bunu Energetika Nazirliyinin yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbəri Cavid Abdullayev bildirib.

Hazırda “Biləsuvar Solar SPV”, “Banka Solar” və “Abşeron” külək elektrik stansiyalarının inşasını nəzərdə tutan və ümumi dəyəri 294,5 milyon ABŞ dolları olan Dünya Bankının Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsinin (AZURE) icrası ilə bağlı da hazırlıq işləri gedir.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB-nin tərəfdaşlığı ilə İlin İş Adamı seçildi!
İqtisadiyyat 17:33
ABB-nin tərəfdaşlığı ilə İlin İş Adamı seçildi!
Yelo Bank принял участие в Агробизнес-фестивале
İqtisadiyyat 15:50
Yelo Bank принял участие в Агробизнес-фестивале
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:55
Azərbaycan nefti bahalaşıb
Цена азербайджанской нефти приблизилась к 79 долларам
İqtisadiyyat 09:40
Цена азербайджанской нефти приблизилась к 79 долларам
Unibank kartınızla daha çox keşbek qazanın!
İqtisadiyyat 16:23
Unibank kartınızla daha çox keşbek qazanın!
Ağdamda ikinci yaşayış kompleksində 1268 mənzil olacaq
İqtisadiyyat 15:23
Ağdamda ikinci yaşayış kompleksində 1268 mənzil olacaq
Ölkədə günəş elektrik stansiyalarında istehsal həcmi açıqlanıb
İqtisadiyyat 14:34
Ölkədə günəş elektrik stansiyalarında istehsal həcmi açıqlanıb
Bakıda kimya sənayesində istehsalın həcmi artıb
İqtisadiyyat 14:17
Bakıda kimya sənayesində istehsalın həcmi artıb
Ötən il külək elektrik stansiyalarında istehsal həcmi azalıb
İqtisadiyyat 13:33
Ötən il külək elektrik stansiyalarında istehsal həcmi azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol