Azərbaycanda növbəti il üçün inflyasiya proqnozu bu qədər olacaq

2025-ci ildə Azərbaycanda orta illik inflyasiyas 4 % proqnozlaşdırır. Bu barədə S&P Global beynəlxalq reytinq agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, növbəti il üçün Azərbaycanda inflyasiya 3 %-ə qədər azalacaq .
Azərbaycanın İqtisadiyyat Nazirliyi ölkədə illik inflyasiyanın 2025-ci ildə 4,6 %, 2026-cı ildə isə 4 % olacağını gözləyir. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına görə (2025-ci ilin yanvarında) inflyasiya bu il 5,5 %, 2026-cı ildə isə 3,8 % olacaq.
BMT öz növbəsində Azərbaycanda inflyasiyanın bu il 3,6 %, 2026-cı ildə isə 3,1 % olacağını proqnozlaşdırır . Hollandiyanın ən böyük bank qrupu olan ING Group ölkədə istehlak qiymətlərinin 2025-ci ildə 4,8 %, 2026-cı ildə isə 4,7 % artacağını gözləyir .
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini proqnozlaşdırır.
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
Aytac Zeynalova