Ölkədə problemli kreditlər artıb

2025-ci il fevralın 1-nə ölkədə problemli kreditlərin məbləği 475.1 milyon manat təşkil edib, bu da əvvəlki ayla müqayisədə 26 milyon manat çoxdur.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 4.6% və ya 21 milyon manat artıb.
2024-cü ilin ilk 6 ayında Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği keçən ilin eyni dövrü ilə müqayisədə 3,2% azalaraq 451,7 milyon manat təşkil edib.
Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət iyunun 1-nə 1,8%, ilin əvvəlinə 1,8%, 2023-cü ilin iyulun 1-nə isə 2,3% olub.
Aytac
Son xəbərlər
Daha çox 